Azərbaycan İnformasiya Agentliyi (AİA)


Türk sultanının ürəyi harda dəfn edilib


Türk sultanının ürəyi harda dəfn edilib

Bir qrup türk elm xadimi tarixdə “Möhtəşəm Süleyman” kimi qalan Qanuni Sultan Süleymanın ürəyinin və daxili orqanlarının Turbek kilsəsində dəfn olunduğu iddiasını irəli sürüb. Türkiyə mətbuatının məlumatına görə, Sərdar Camın rəhbərliyi altında qrup bu iddianın doğruluğunu öyrənmək üçün Macarıstanda araşdırmalara başlayıb. Heyətdə təmsil olunan dosent Ərhan Afyonçunun sözlərinə görə, Qanuni Sultan Süleyman öldükdən sonra ürəyi və daxili orqanları ayrılıda dəfn edilib və daha sonra ərazidə türbə inşa olunub. 1693-cü ildə türbə sökülərərk yerində katlolik kilsəsi tikilib. Türkiyənin Macarıstandakı fəxri konsulu Laszlo Horvath isə bildirib ki, macarlar arasında da türk sultanının ürəyi və daxili orqanlarının kilsədə dəfn edildiyinə inananlar var.


0 0



Şərhlər (Facebook)