Azərbaycan İnformasiya Agentliyi (AİA)


Dönəri zəhərə döndərənlər yenə iş başında


Dönəri zəhərə döndərənlər yenə iş başında

Azərbaycaninfo.az Milli.Az-a istinadən bildirir ki, bu gün paytaxtın istənilən yerində, istənilən qiymətə dönər tapmaq mümkündür. İçliyi eyni olan bu dönərlər 1 manata, 1 manat 50 qəpiyə və 2 manat 50 qəpiyə satılır. Eyni standartda olan dönərlərin müxtəlif qiymətə satılması insanda bu dönərlərin keyfiyyətinə şübhə yaradır. Son günlər leş əti satanların həbs edilməsi insanlarda bu qidaya qarşı həssaslığı artırıb. Bu tip ətlərin, kolbasa sexlərinə, restoranlara və dönərxanalara verilməsi ilə bağlı yayılan məlumatlar isə dönər alan insanların sayına da müəyyən dərəcədə təsir göstərib.

Baş çəkdiyimiz bir neçə dönərxanada ətin baytarlıq şəhadətnaməsi ilə tanış olmaq istəsək də, şəhadətnaməni bizə göstərən olmadı. Cavablarında bizə dönərin ətini yaxşı yerdən gəldiyini və təmiz ət olduğunu dedilər. Amma dediklərini təsdiq edəcək sənəd göstərməkdən boyun qaçırdılar. Beləcə, dönər alan istehlakçı yediyi dönərin hansı heyvan ətindən hazırlandığını bilmir. Həmçinin əksəriyyət dönərxanalarda sanitar-gigiyenik qaydalarına riayət olunmadığının da şahidi olduq.

Toyq ətindən hazırlanan dönərlərin 2006-cı ildə quş qripi epidemiyasına görə Səhiyyə Nazirliyi tərəfindən qadağan edilməsinə baxmayaraq, toyuq dönərləri hələ də satılır. Elə dönərçilər də alıcıların əksəriyyətinin məhz toyuq dönəri aldıqlarını və buna tələbatın olduğunu deyirdilər. Dönər bişirənlərin əyinlərindəki çirkli xalat, istidən yanmış və yaralanmış əlləri ilə əlcəksiz işləmələri insanı bu qidadan daha da uzaqlaşdırır. Təbii ki, bu sözləri bütün dönərxanalara şamil etmək olmaz. Gigiyenik qaydalara əməl olunan dönərxanalar da vardı. Məsələn, "Qoç ət" dönərxanası kimi. Burada hər şey səliqəli idi. Həmçinin burada dönərçilər əti tərəziyə qoyub çəkib standartda nəzərdə tutulmuş şəkidə istehlakçıya təklif edirdilər.
Maraqlıdır, əslində dönərin standartı necədi və neçəyə olmalıdır?

Azərbaycanda bir neçə il əvvəl dönər standartı təsdiq edilsə də, bu standartlara məhəl qoyan yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqlədiyi standartlarda ətin növündən və bir-biri ilə qarışdırılma vəziyyətinə görə dönər bir neçə növdə, qarnirlə və ya qarnirsiz satıla biləcəyi deyilir.

Hazırlanan dönər standartın tələblərinə uyğun olaraq, sanitariya norma və qaydalara riayət etməklə, müəyyən edilmiş qaydadakı resepturalar üzrə hazırlanmalıdır. Dönərdə xörək duzunun kütləsi 2 faizdən çox olmamalıdır. Ətin kütləsi isə ümumi çəkinin yarısı qədər olmalıdır. Dönərin hazırlanması üçün istifadə edilən, tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanmalıdır.

Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Standartın qəbul etdiyi normal temperatur 650 C-dir. O cümlədən dönərxanalarda çalışan xidmətlər üçün qəbul edilmiş qaydalara görə xidmətçilər "QOST 30524" tələblərinə cavab verməklə sanitar qaydalara tam şəkildə riayət edəcəklər.

Dönəri zəhərə döndərənlər yenə iş başında

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dönərxanaların qara siyahıda olduğunu dedi: "Dönərxanalar təhlükəli, qidaya yararsız ətlərin bişirilib əhaliyə sırındığı bir şəbəkədir. Cəld yeməklər Azad İstehlakçılar Birliyinin, ümumiyyətlə dünyada istehlakçıların hüquqlarını qoruyan təşkilatların qara siyahısındadır. O cümlədən McDonals, KFC və sairə yerlər də bu qara siyahıdadır. Çox yaxşı haldır ki, iki il öncə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərlərin standartını yaratdı. Bu standartda ətin, ketçupun miqdarı göstərilir. Əlavə olaraq Səhiyyə Nazirliyi dönərxanaların sanitariya qaydalarına müəyyən etdi. Yəni hüquqi sənədlər var. Bu standartlarda dönərlərin təzə ətdən hazırlayıb şişə taxıb, skoça büküb, dondurub öz avtomobillərində dönərxanalara gətirən müəssisələr var. O müəssisələrin birində biz monitorinq apardıq və gördük ki, doğrudan da təzə heyvan ətindən hazırlanıb və dediyim infrasuturlar yerinə yetirilir. Keçən ilin axırlarında yenə də monitorinq apardıq və məlum oldu ki, 85 faiz dönərxanalar dönərləri heç bir müəssisələrdən almır. Haradan necə gəldi ətlərdən istifadə olunur. Ölkəyə gətirilən xarab, murdar ətlərin də realizə olunan yerlərdən biri də dönərxanalardır. Təəssüflər olsun ki, dövlət orqanlarının qəbul etdiyi standartlar ayaq altına atılır və həyata keçirilmir".
Qurum sədri toyuqdan hazırlanan dönərlərə olan qadağanın götürülməsini istədiklərini dedi: "2006-cı ildə Səhiyyə Nazirliyi quş qripi ilə bağlı dönərlərdə toyuq ətindən istifadəni qadağan etdi. Defakta bizim monitopriqlər zamanı göstərdi ki, 80 faiz yerlərdə toyuq ətindən dönərlər bişirilir. Biz tərəfdarıyıq ki, toyuq mənşəyi məlum olduğundan, camaatında tələbatı olduğu üçün de-fakto satıldığından leqallaşdırılsın. Qeyri qanuni qadağa götürülsün. Biz bununla bağlı Oqtay Şirəliyevə məktub yazdıq. Lakin cavab aldıq ki, hələ ki, məsləhət görülmür. Bu o deməkdir ki, bu gigiyena həkimlərinin dolanışıq yeridir. Qadağa etmişik, amma yenə də satırlar. Bu anormal haldır. Düşünəm ki, toyuq dönərləri satılmalıdır və əlbəttə ki, bu, təzə, vaxtı keçməmiş toyuq ətindən olmalıdır".


0 0



Şərhlər (Facebook)