Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gəncədə qadın üzərinə neft tökərək yandırıb


Gəncədə qadın üzərinə neft tökərək yandırıb
Gəncədə qadın üzərinə neft tökərək yandırıb. GMM bildirir ki, Gəncə şəhər sakini ağır yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə şəhər sakini 44 yaşlı Gülnarə Mahmudova bədənin müxtəlif hissələrinin ağır yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müalicə edilən qadının vəziyyətinin ağır olduğu bildirilir. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, G. Mahmudova dünən axşam saatlarında yaşadığı yataqxanada 21 yaşlı qızı Ceyhunə Rəfiyeva ilə mübahisə edib və sonra intihar etmək məqsədi ilə ağ nefti üzərinə tökərək yandırıb. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Orxan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)