Azərbaycan İnformasiya Agentliyi (AİA)


Təhqiqat Şöbəsini yol polisindən aldılar - YENİ TƏYİNAT


Təhqiqat Şöbəsini yol polisindən aldılar - YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik baş verib


Azərbaycaninfo.az-ın avtosfer.az-a istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq. DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq. Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev təsdiqləyib.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinə yeni baş müstəntiq təyin edilib.

Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi Vüqar Əhədov BDYPİ-də baş müstəntiq vəzifəsinə təyin edilib.

Qeyd edək ki, BDYPİ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Hikmət Kərimov mayın 3-də sərəncama göndərilib. Afn.az saytında H.Kərimovun bir vaxtlar mühacir həyatı yaşaması barədə məlumat yayıldıqdan sonra onun barəsində xidməti araşdırmanın aparıldığı bildirilir.


0 0



Şərhlər (Facebook)