Главная > Cəmiyyət, Mədəniyyət > Yağışın necə yağdığını bilirsinizmi?

Yağışın necə yağdığını bilirsinizmi?


21 21 2017. Разместил: Sara
Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri elmdir. Dolayısı ilə din, elmi Allahın yaratma sənətindəki detallara yetişməkdə bir yol kimi qəbul edir və bu səbəbdən elmə həvəsləndirir. Din elmi araşdırmalara təşviq etdiyi kimi İslam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və dəqiq nəticələr verir. Çünki din kainatın və canlı həyatın necə əmələ gəlməsi ilə bağlı suala ən doğru və ən dəqiq cavabı verir.
1400 əsr bundan əvvəl Quranda göstərilən həqiqətlər elm inkişaf ettikcə öz əksini tapır. Məsələn, kainatın genişlənməsi ilə bağlı Allah Quranda belə bildirmişdir:
«Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik».(Zariyat surəsi, 47)
XX əsrin əvvəllərinədək materialistlər sonsuzdan bəri yaranmış və sonsuza qədər də var olacaq kainat modelinə inanırdılar.Halbuki Kainatın sabit olmadığını Albert Eynşteyn daha əvvəl nəzəri olaraq hesablamışdı. Lakin bu hesablamalar nəticəsində əldə etdiyi faktlar o dövrün sabit kainat modeli ilə uyğun gəlmədiyi üçün bu kəşfinin üzərində dayanmamış və bir kənara qoymuşdu.
Həmçinin Quranın bir ayəsində küləklərin “mayalandırma” xüsusiyyətinə və bunun nəticəsində yağışın yaranmasına diqqət çəkilir:
«Biz (buludla) yüklənmiş külək göndərdik, göydən yağmur endirib sizə su verdik».(Hicr surəsi /22)
Ayədə yağışın yaranmasındakı ilk mərhələnin küləklər olduğuna diqqət çəkilir. Əslində bu əsrin əvvəllərinə qədər küləklə yağışın yağması arasında bir əlaqənin olması məlum deyildi. Küləklərin yağışın əmələ gəlməsində vacib “aşılayıcı” rol oynadıqları müasir meteoroloji çalışmalarla aşkar edilmişdi.
Okeanların və dənizlərin səthində köpüklənmə nəticəsində hər an saysız-hesabsız hava qovuqcuğu əmələ gəlir. Bu qovuqcuqlar partladıqları zaman millimetrin 100-də biri nisbətində minlərlə hissəciklərini havaya sıçradırlar. “Aerizol” adlandırılan bu hissəciklər küləklər vasitəsilə qurudan gələn tozlarla qarışaraq, atmosferin üst təbəqələrinə aparılırlar. Küləklərin bu şəkildə yüksəklərə daşıdığı hissəciklər burada su buxarı ilə birləşirlər. Su buxarı da bu hissəciklərin ətrafına toplaşaraq dolğunlaşır və su damcılarına çevrilirlər. Bu su damcıları əvvəl birləşərək buludları əmələ gətirir, bir müddət sonra da yağış kimi yer üzünə enirlər.Göründüyü kimi, küləklər havada sərbəst halda olan su buxarını dənizlərdən daşıdıqları hissəciklərlə “mayalandırır” və beləliklə də, yağış buludlarının yaranmasını təmin edirlər.Əgər küləklərin bu xüsusiyyəti olmasaydı, yüksək atmosferdə su damcıları yaranmazdı və yağış deyə bir şey də olmazdı.Burada əsas cəhət budur ki, küləklərin yağışın əmələ gəlməsində oynadıqları bu həlledici rolu əsrlər əvvəl Quran ayəsində bildirilmişdir. Həm də insanların təbiət hadisələri haqqında heç bir məlumata malik olmadıqları bir dövrdə...
Quranda yağış haqqında verilən digər bir məlumat isə yağışıın müəyyən bir ölçü ilə yağdırılmasıdır. Zuxruf surəsində belə buyurulur:
«O Allah ki, göydən bir qədər su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız».(Zuxruf surəsi / 11)
Yağışdakı bu ölçü də yenə dövrümüzdəki araşdırmalarla müəyyən edilmişdir. Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bu miqdarda su buxarı bir ildə 513 trilyon ton suya çatır. Bu, eyni zamanda Yerə yağan yağışın miqdarıdır. Yəni su davamlı olaraq bir tarazlıqda, “bir ölçüylə” dövr edir. Yer üzündəki həyatın davam etməsi də bu su dövriyyəsi sayəsində təmin edilir. İnsan sahib olduğu bütün texnoloji imkanlardan istifadə etsə də, bu dövriyyəni əsla süni surətdə həyata keçirə bilməz.Əgər bu miqdarda kiçik bir dəyişiklik baş versə, qısa bir müddət sonra böyük ekoloji natarazlıq yaranar və bu da həyata son qoyar. Lakin heç zaman belə olmur; yağış Quranda da bildirildiyi kimi, yer üzünə hər il eyni miqdarda yağmaqda davam edir.

Nuriyyə Paşazadə
Вернуться назад