Azərbaycan İnformasiya Agentliyi (AİA)


Türkiyə məşhur silahın istehsalına başladı


 Türkiyə məşhur silahın istehsalına başladı
Dəqiqədə 700 atəş açan Milli Piyada Tüfənginin (MPT) Türkiyədə kütləvi istehsalı başlayıb. Xəbər verilir ki, NATO-nun 42 standart testindən keçən avtomat silah üçün hazırlıqlar hələ 2009-cu ildən başlanmışdı. MPT 413 adı verilən yeni nəsil tüfənglər xeyli yeniliyi ilə fərqlənir. 4.2 kiloqram ağırlığı olan silahın uzunluğu 90 santimetrdir və 7.62×51 mm çaplı patronlardan istifadə edir. Tüfəngin təsirli atış məsafəsi 600 metrdir. 2017-ci ilin sonuna qədər 20 min yeni tüfəng Türkiyə ordusunun invertarına daxil ediləcək.Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusunun invertarında G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün MPT-76 tüfəngi yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Quru Qoşunlarına təhvil verilib. Silah qısa zaman ərzində NATO ölkələrində məşhurlaşmışdı.


0 0



Şərhlər (Facebook)