Azərbaycan İnformasiya Agentliyi (AİA)


Rusiyadan S-400 açıqlaması: Biz qorxmuruq!


"Türkiyənin NATO üzvü olması onun S-400 havadan müdafiə sisteminə sahib olmasına mane deyil."
Ria.ru saytına istinadən xəbər verilir ki, bu sözləri Rusiya prezidentinin hərbi və texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib.
Xəbərdə bildirilir ki, "Rossiya-24" kanalına müsahibə verən Kojin, S-400 sistemləri mövzusunda Türkiyə ilə aparılan danışıqlar barədə məlumat verib.
S-400 sistemlərinin göndərilməsi barədə Türkiyə ilə danışıqların davam etdiyini deyən Kojin bildirib ki, Ankara bu məsələdə maraqlıdır.
"Türkiyə NATO-ya üzv bir ölkə olsa da bu bizi qorutmur. Bir şeyi təhvil verməzdən əvvəl biz, intellektual fəaliyyətin nəticələrini ciddi şəkildə tənzimləyirik. Tərəflər, silahla nələr edib-etməyəcəkləri barədə öz üzərlərinə öhdəliklər götürürlər." - deyə Kojin vurğulayıb.


0 0



Şərhlər (Facebook)