Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ərdoğan: Almaniya siyasi intihar edir



Almaniya siyasi intihar edir.

Azerbaycaninfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib.

“Burada siyasi azadlıqlardan söhbət gedə bilməz. Əgər mən Almaniya siyasi intihar edir deyirəmsə, deməli bu məhz siyasi intihardır. Bu bumeranq kimidir, atan kimdirsə, onun üzərinə qayıdır”, - deyə Ərdoğan rəsmi Berlinin onun Hamburqda həmvətənlərinin qarşısında çıxışına qadağa qoymasını şərh edərkən bildirib.

Qeyd edək ki, Almaniya XİN rəhbəri Ziqmar Qabriel bundan əvvəl Ərdağanın G-20 sammiti çərçivəsində Hamburqdakı həmvətənləri ilə görüşməsi planının tədbirin gündəliyinə uyğun gəlmədiyini bildirib. O, digər ölkələrin daxili problemlərinin Almaniyaya gətirilməsini və ya başqa dövlətlərin seçkiqabağı kampaniyalarının ölkə ərazisində keçirilməsini yersiz adlandırıb

Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şefer daha sonra rəsmi Berlinin xarici dövlətlərin rəsmilərinin Almaniyada seçkiqabağı təbliğat aparmasına qadağa qoyduğunu bildirib.


0 0



Şərhlər (Facebook)