Azərbaycan İnformasiya Agentliyi (AİA)


Suriyada Rusiyanın hərbi məsləhətçisi öldürüldü



Rusiyanın hərbi məsləhətçisi Suriyanın Xama vilayətində minaatanlardan açılan atəş nəticəsində ölüb.

Azerbaycaninfio.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

“Xama vilayətində yaraqlıların qəfil hücumu zamanı rusiyalı hərbi məsləhətçi kapitan Nikolay Afanasov həlak olub. O, Suriya Ərəb Respublikasında hökumət qoşunlarının şəxsi heyətinin təlimi ilə məşğul idi”, - məlumatda deyilir.

Afanasov ölümündən sonra təltif edilib.


0 0



Şərhlər (Facebook)