Azərbaycan İnformasiya Agentliyi (AİA)


Çində 210 min məmur cəzalandırıldı


Çin hökuməti 2017-ci ilin ilk altı ayı ərzində hüquqa zidd əməllərinə görə 210 min məmuru cəzalandırıb.

Azerbaycaninfo.az-ın Report-a istinadla məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Kommunist Partiyasının bəyanatında deyilir.

“İlin ilk yarısında anti-korrupsiya instansiyalarına 1.31 milyondan çox ərizə daxil olub. Hüquqpozmalar ilə bağlı 260 min cinayət işi açılıb”, - bəyanatda qeyd olunub.

Cəzalananlar arasında 38 nəfər yüksək çinli məmur da var.


0 0



Şərhlər (Facebook)