Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bundan sonra çinli ailələrə iki uşaq icazə veriləcək




"Azerbaycaninfo.com" xəbər verir. Rusiya mətbuatına istinadən xəbərə görə, belə qərar Çin Xalq Respublikasının Ali qanunveririci orqanı hesab edilən Milli Xalq Konqresinin Daimi Komitəsi tərəfindən verilib. Qərara əsasən çinli ailəsinin bundan sonra iki uşağı olması üçün hər iki valideyn öz ailələrinin tək övladları olmalıdır. Xatırladaq ki, Çində 1957-ci ildən qüvvədə olan “bir ailə - bi uşaq” “siyasəti”nə görə, valideynlər məhkəmənin qərarı olmadan 3 ilədək həbs edilir. Bundan ötrü ölkədə 300 əmək düşərgəsi yaradılıb və bu düşərgədə 260 mindən çox insan “öz cəzasını” çəkib.


0 0



Şərhlər (Facebook)