Azərbaycan İnformasiya Agentliyi (AİA)


Rus hərbçisi əsgər yoldaşını öldürdükdən sonra intihar edib-Ermənistanda


Rus hərbçisi əsgər yoldaşını öldürdükdən sonra intihar edib-Ermənistanda
Rusiya hərbçisi ehtiyatsızlıqdan əsgər yoldaşını öldürdüyü üçün intihar edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Hadisə oktyabrın 23-də Ermənistanın Alaqyaz poliqonunda baş verib. Müddətdən artıq xidmət edən (MAXE) əsgər təlimdən qayıtdıqdan sonra silahı təhvil verən zaman təhlükəsizlik tələblərini kobud şəkildə pozub və avtomatdan qeyri-ixtiyari atəş açıb. Bu zaman digər MAXE ölümcül yaralanıb və dünyasını dəyişib.

Bildirilir ki, hərbçi etdiyi əməldən və məsuliyyətdən qorxduğu üçün intihar edib.


0 0



Şərhlər (Facebook)