Azərbaycan İnformasiya Agentliyi (AİA)


Türkiyə və iran münasibətlərində yeni mərhələ


Türkiyə və iran münasibətlərində yeni mərhələ-İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfər edib. Çırağan sarayında türkiyəli həmkarı Əhməd Davudoğlu ilə bir araya gələn Cavad Zərif 1 saat davam edən müzakirələrdə iki ölkə arasında münasibətlər, o cümlədən Suriya münaqişəsini müzakirə edib. İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Əhməd Davudoğlu bildirib ki, bu ayın sonunda baş nazir Rəcəb Tayyib Ərdoğanın İrana səfəri planlaşdırılıb. Eyni zamanda Davudoğlu bu səfərdən az sonra İran prezidenti Həsən Ruhaninin Türkiyəyə rəsmi səfərə gələcəyini qeyd edib. Türkiyə XİN rəhbəri bildirib ki, iki ölkə arasında münasibətlər sürətli prosesə qədəm qoyur.


0 0



Şərhlər (Facebook)