Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ölmək üçün növbə gözləyirlər – Klinikada sıxlıq yaranıb


Hollandiyada evtanaziya yolu ilə həyatına son qoymaq istəyənlərin sayı artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 59 nəfərin işlədiyi Həyatın Sonu Klinikasına (“Levenseindekliniek”) evtanaziya üçün tələb çoxalıb.

Hazırda klinikada ölmək üçün növbə gözləyənlər var. Klinikadan bildirilib ki, evtanaziya üçün müraciət edənlərin boş yerə gözləməsinin qarşısını almaq üçün onlarla yeni həkim və psixoloq işə götürüləcək.

Məlumata görə, ötən il dözülməz ağrılardan əziyyət çəkən və yaxşılaşmaq ümidi olmayan 1800-dən çox xəstə evtanaziya üçün müraciət edib. Bu rəqəm 2017-ci ilin ilk 9 ayı ərzində isə 1862 nəfər olub. İlin sonuna qədər müraciətlərin 2500-ə çatacağı bildirilir.

Qeyd edək ki, bir çox ölkədə qadağan edilən evtanaziya, Hollandiyada 2002-ci ildən etibarən qanuniləşib.


0 0



Şərhlər (Facebook)