Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ayrılıq xəbərindən sonra ilk dəfə birlikdə görüntüləndilər – foto


Dünyanın ən məşhur cütlüyü – müğənni Şakira ilə vətəndaş nikahında yaşadığı futbolçu Jerar Pike Nyu-Yorkda hava limanında görüntülənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yanlarında övladları Milan və Saşa olan cütlük çox xoşbəxt görünüb.

Kameraları görən Şakira gülümsəməyi də unutmayıb.

Qeyd edək ki, bu ilin oktyabrında Şakiranın Jerardan ayrıldığı xəbəri çıxmışdı. 40 yaşlı ifaçının 30 yaşlı ərindən ayrılmasına səbəb bir-birilərinə yetərincə zaman ayıra bilməmələri göstərilib. Belə ki, müğənni işlərin çoxluğundan, demək olar ki, ərinin üzünü görmürmüş. İddia olunub ki, Pikenin oğulları ilə vaxt keçirməməsi Şakiranın bu addımı atmasına səbəb olub.
Ayrılıq xəbərindən sonra ilk dəfə birlikdə görüntüləndilər – foto


0 0



Şərhlər (Facebook)