Azərbaycan İnformasiya Agentliyi (AİA)


Saxta içkidən ölənlərin cənazəsində saxta içki verildi, daha 12 nəfər öldü


Dominik Respublikasında saxta içki ucbatından ölənlərin cənazəsinə gələnlərə də eyni içki verildiyi üçün ümumən 12 nəfər dünyasını dəyişib. Haiti sərhədinə yaxın bölgədə evdə hazırlanan və tərkibində metanol olan likörün ilk olaraq keçən həftə ölümə səbəb olduğu açıqlanıb.

Bu insanların yas mərasimində qonaqlara təqdim edilən likörün isə daha sonrakı ölümlərə yol açması da ölkədə ciddi müzakirələr yaradıb. Belə ki, ümumilikdə bu içkiyə görə 12 nəfər ölüb, 21 nəfər isə xəstəxanaya aparılıb. Səhiyyə naziri Altagracia Guzman deyib ki, hüquq-mühafizə orqanları hadisəni araşdırırlar. Haitidə şəkər qamışından saxta likör hazırlanması geniş yayılıb.


0 0



Şərhlər (Facebook)