Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hərbiyə ən çox pul xərcləyən ölkələrin adları açıqlandı - SİYAHI


Rusiya hərbi büdcəsinin həcminə görə, reytinqdə dördüncü pillədə qərarlaşıb

2017-ci ildə Rusiyanın hərbi xərcləri 1998-ci ildən bəri ilk dəfə azalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİRPİ) yaydığı hesabatda bildirilir.

Məlumata əsasən, Rusiyanın hərbi xərcləri 2016-cı illə müqayisədə 20% azalaraq, 66,3 milyard dollara enib.

"Silahlı Qüvvələrin modernləşdirilməsi Rusiya üçün prioritet olaraq qalır, lakin hərbi büdcə 2014-cü ildə ölkənin qarşılaşdığı iqtisadi problemlərlə əlaqədar azaldılıb", — deyə hesabatda vurğulanır.

Rusiya hərbi büdcəsinin həcminə görə, reytinqdə dördüncü pillədə qərarlaşıb.

SİRPİ-nin hesabatında ilk pillədə ABŞ qərarlaşıb. Belə ki, bu ölkənin ötən il üçün hərbi xərcləri 610 milyard dolar olub. İkinci pillədə Çin (228 milyard dollar), üçüncü pillədə isə Səudiyyə Ərəbistanı (69,4 milyard dollar) qərarlaşıb. İlk beşlikdə isə Hindistan qərarlaşıb. Bu ölkənin hərbi xərcləri 63,9 milyard dollar olub.

Mərkəzi və Qərbi Avropa ölkələrində isə ötən illə müqayisədə hərbi xərclər müvafiq olaraq 12% və 1,7% artıb.

Ümumilikdə dünya ölkələrinin hərbi xərcləri ötən illə müqayisədə 1,1% artaraq, 2017-ci ildə 1,7 trilyon dollara çatıb.


0 0



Şərhlər (Facebook)