Azərbaycan İnformasiya Agentliyi (AİA)


Canlıların 1%-ni təşkil edən insanlar heyvanların 83%-ni, bitkilərin isə yarısını məhv ediblər


Hazırda dünyada 7,6 milyard insan yaşayır.

Azerbaycaninfo xəbər verir ki, bu rəqəm dünyada mövcud olan canlı aləmin sadəcə 0,01%-ni təşkil edir. "National Academy of Sciences" jurnalında dərc olunan tədqiqata görə, dünyada insan sayının belə kiçik olmasına baxmayaraq bu canlılar heyvanların 83%, bitki aləminin isə yarısının yox olmasına səbəb olub.

Bakteriyalar dünyadakı biokütlənin 13%, bitkilər 82%, həşəratlar, göbələklər, balıq və digər canlılar isə 5%-ni təşkil edir. Okeandakı həyat isə canlıların sadəcə 1%-nə bərabərdir.

Məməli canlıların 36%-ini insanlar, 4%-ni isə heyvanlar təşkil edir.

Bəzi alimlər Yerdəki bu mərhələni "İnsan dövrü" adlandırırlar, bu səbəbdən insanın təbiətə təsiri böyükdür. Qida seçimlərimiz heyvan və bitki aləminə böyük təsir göstərən amillərdən hesab edilir.


0 0



Şərhlər (Facebook)