Azərbaycan İnformasiya Agentliyi (AİA)


Tarixin ən böyük işıq kəsintiləri – Qaranlığa qərq olan ölkələr (FOTOLAR)


3 iyul gecəsi bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsi Azərbaycan tarixinə düşdü.

Oxşar hadisə 2002-ci də baş vermişdi. Səbəb kimi diversiyadan tutmuş taxıl zəmisində yanğına qədər çox versiyalar irəli sürüldü. Son versiya bəlli olmadı. Bu dəfə isə işığı kəsilməsinə səbəb isə bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması olub.

Hadisənin gecə vaxtı baş verməsi bir çox fəlakətlərin qarşısını aldı. Tarixdə isə ciddi fəsadlar törətmiş böyük elektrik kəsintiləri baş verib.

Minval.info dünya tarixinin ən zülmət gecələri barədə məlumat verir:

11 mart 1999-cu Braziliyida 97 milyon insan işıqsız qalmışdı. Fəsadların aradan qaldırılması üçün 1 həftədən çox çəkib.

2005-ci ildə İndoneziyanın paytaxtı Cakartanın yerləşdiyi Cava adasında və Balidə elektrik enerjisinin verilməsi dayanmışdı. Təxminən 100 milyon insan işıqsız qalmışdı. Hadisənin baş verməsinə səbəb isə şəbəkədəki qəza idi.

2015-ci ildə Pakistanın 140 milyon əhalisi şam işığına möhtac qalıb. Hadisəyə səbəb isə hansına qəza deyil, təxribat idi. Hökumətin fikrinə görə, az inkişaf etmiş Bəluçistan vilayətinin seperatçı qruplaşmasının hücumu nəticəsində elelektrik enerjisinin verilişi dayanıb.


2014-cü ildə Banqladeşdə kütləvi işıq kəsintisi baş verib. Hadisədən miqyası 150 milyon insanı əhata edib və fəsadları aradan qaldırmaq uzun müddət mümkün olmayıb.

Tarixin ən böyük elektrik kəsintisinin taleyi isə bu gücə qarşılaşdığımız vəziyyətə oxşardır. 30 iyul 2012-ci ildə Hindistanda işıqların sönməsi 650 milyon insanı qaranlıqda qoyub. Havanın temperaturunun mövsüm normasından yüksək olması, elektrik enerjisindən daha çox istifadəyə səbəb olmuşdu və həddindən artıq yüklənmədən şəbəkələr çökmüşdü.


0 0



Şərhlər (Facebook)