Azərbaycan İnformasiya Agentliyi (AİA)


Rusiyanın ən varlı məmur arvadı Zümrüd: qubalı, yoxsa dərbəndli?


Rusiya KİV-ləri ölkənin ən varlı məmur arvadlarının adlarını açıqlayıblar. İlk pillənin sahibi Rusiya baş nazirinin müavini Arkadi Dvorkovoçin həyat yoldaşı -azərbaycanlı Zümrüd Rüstəmova olub
Onun 2015-ci il üzrə gəlirləri 141 milyon 903 min rubl təşkil edib.

Dvorkoviçin Zümrüdü...


2013-сü ilin aprel ayında Azərbaycanın bəzi internet portalları Arkadi Dvorkoviçin xanımı Zümrüd Rüstəmovanın da Bakıya buraxılmaması barədə məlumat yaymışdı. Həmin məlumatlarda deyilirdi ki, əslən azərbaycanlı olan Zümrüd Rüstəmovanın ölkəmizdə biznes qurmasına qeyri-rəsmi qadağa qoyulub. İddialara görə, Z.Rüstəmova Azərbaycanda metal və metallurgiya biznesi ilə məşğul olmaq niyyətindəymiş, hətta bir sıra şirkətlərlə müəyyən razılığa da gəlibmiş. Lakin onun Azərbaycana səfərinin vaxtı müəyyənləşəndən sonra ölkəyə gəlməyinə hakimiyyət səviyyəsində icazə verilməyib. “Yeni Müsavat” bu xanım haqda Rusiya mediasında əldə etdiyi məlumatları təqdim edir.
Rusiyanın işgüzar xanımlarından biri olan Z.Rüstəmovanın Azərbaycanda doğulması barədə araşdırdığımız bütün mənbələrdə hər hansı xəbərə rast gəlmədik. Vikipediyada onun 1970-ci ilin sentyabr ayının 21-də Moskvada doğulduğu, orta məktəbi bitirən kimi Moskva İqtisad-Statistika İnstitutuna qəbul olduğu qeyd edilib. Atası Xandadaş Rüstəmov 1947-ci ildə anadan olub. Atasının harada doğulması göstərilməsi də, Dağıstanda böyüdüyü qeyd edilib. Z.Rüstəmovanın anası Tatyana da biznesini bank sahəsində qurub və bir neçə bankın səhmdarlarından biri kimi göstərilib.
Z.Rüstəmova 1992-1995-ci illərdə atasının mehmanxana sahəsində fəaliyyət göstərən “Zümrüd” firmasına rəhbərlik edib. O, 1995-ci ildə Rusiya Əmlak Məsələlərinin İdarəedilməsi Dövlət Komitəsində işə başlayıb və üç il sonra artıq departament rəhbəri vəzifəsinədək yüksəlib. 1999-2000-ci illərdə Rusiya Federal Əmlak Fondu sədrinin müavini, 2000-2004-cü illərdə isə əmlak məsələləri üzrə nazir müavini olub. Dvorkoviçlə tanışlığı da məhz bu illərə təsadüf edir. Özünün dediyinə görə, o vaxt iqtisadi inkişaf naziri German Qrefin müavini olan Dvorkoviçlə elə nazirin kabinetində tanış olublar. 2000-ci ilin avqust ayının 11-də cütlük ailə həyatı qurub.
2004-cü ildə iqtisadi inkişaf nazirinin müavini olan Z.Rüstəmova dövlət qulluğunda xidmətini başa vurub və biznesə üz tutub. İşlədiyi müddətdə dövlət institutları rəhbərləri və oliqarxlarla əlaqə quran Z.Rüstəmova 2004-cü ildə yaxından tanıdığı biznesmen Vladimir Raşevskinin rəhbərlik etdiyi Sibir Kömür Energetikası Kompaniyasında vitse-prezident olmağa razılıq verir. “1 ay ərzində nazirlikdə 1 ildə qazandığımdan çox gəlir əldə etdim” deyən xanım-biznesmen 2006-cı ildə bank sektorunda da özünü sınamağa qərar verir. Həmin ilin mayında o, Rusiya İnkişaf Bankının Direktorlar Şurasına daxil olur. Elə həmin il “Polumetal” ASC-nin baş direktorunun müavini olur. Sonra isə Maqnitoqorsk metallurgiya kombinatının da Direktorlar Şurasına seçilir. Bundan başqa, Z.Rüstəmova “Şeremetyev Beynəlxalq Aeroportu” ASC-də, “Xantı-Mansi Bankı”nın və qızılçıxarma üzrə qabaqcıl olan “Plyus Zoloto” nun da idarəetməsində əsas söz sahiblərindən birinə çevrilir. Z.Rüstəmova Rusiyanın ən tanınmış iş adamlarından olan Mixail Proxorov və Dağıstanın ən iri oliqarxı Süleyman Kərimovla bir neçə sahədə biznes ortağıdır.
Z.Rüstəmova 2 oğul anasıdır. Maraqlıdır ki, Azərbaycan kökənli hesab olunan bu xanım uşaqlarına rus çarlarının - Vladimir və Pavel adlarını verib. Rusiyanın siyasi elitası hesab edirlər ki, ərinin hətta siyasi qərarlarını belə xanımı verir və ailədə əsas idarəçi odur. Z.Rüstəmova müsahibələrinin birində deyib ki, xörək bişirə bilmir və bu işi sevmir. Əri isə əksinə, hətta ilk oğlu Pavel olanda onun altını dəyişməyi belə bacarırmış. Evə gec gəlməyinə valideynlərinin narazılıq etdiyini deyən Z.Rüstəmovanin bu sözlərinə də diqqət çəkək: “Atam təbii ki, mənimlə fəxr edir. Amma zaman-zaman evə gec gəldiyimdən mənə ”bax, dərbəndli qız heç vaxt belə edə bilməzdi" deyir".
Rusiyanın ən varlı məmur arvadı Zümrüd: qubalı, yoxsa dərbəndli?
Rusiyanın ən varlı məmur arvadı Zümrüd: qubalı, yoxsa dərbəndli?
Rusiyanın ən varlı məmur arvadı Zümrüd: qubalı, yoxsa dərbəndli?


0 0



Şərhlər (Facebook)