Главная > Dünya > Dünyanın ən təhlükəsiz avtomobillərinin adları açıqlanıb

Dünyanın ən təhlükəsiz avtomobillərinin adları açıqlanıb


12 12 2018. Разместил: azerbaycan

Müstəqil qəza testlərinin keçirilməsi üzrə Avropa Təşkilatı (Euro NCAP) 2017-ci ilin ən təhlükəsiz avtomobilini müəyyənləşdirib. RİA “Novosti” yazır ki, qiymətləndirmə nəticəsində 6 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib.

Təşkilat nümayəndəsinin sözlərinə görə, testlərdə yeni və yenilənmiş 70-ə yaxın avtomobil modeli iştirak edib və qiymətləndirmə sərnişinlər (o cümlədən, azyaşlı sərnişinlər) və piyadaların təhlükəsizliyi baxımından aparılıb.

"Premium" kateqoriyasında “Volskwagen Arteon” ən təhlükəsiz avtomobil hesab edilib.

"Kompakt krossover" kateqoriyasında "Volvo XC60" modeli, "Mini krossover"lərdən - “Volkswagen T-Roc” testin qalibi olub.

"B" sinfində (kiçik avtomobil) “Volkswagen Polo”, “Kompakt” sinfində “Opel Crossland X” birinci yeri tutub.

Ən təhlükəsiz "ailə avtomobili" isə “Subaru Impreza” və “Subaru XV” modelləri müəyyən olunub.
Вернуться назад