Главная > Dünya > Kürdlərdən PKK-ya: Çəkilin, türk ordusuna imkan verməyin ki...

Kürdlərdən PKK-ya: Çəkilin, türk ordusuna imkan verməyin ki...


8 08 2018. Разместил: vetenazerbaycan

PKK-çılar Türkiyə ilə sərhəd bölgələrdən geri çəkilməlidir. Axar.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin sözçüsü Sefin Dizayi deyib.
“PKK-çıların kürd muxtariyyətində mövcudluğu bir neçə dəfə Türkiyə ordusunun İraqa daxil olmasına və şiddətli toqquşmalara səbəb olub. Kürd administrasiyası PKK-çıların yerləşdiyi bölgələrin münaqişə ocağına çevrilməsinin qarşısını almağa cəhd edir. PKK-dan bu torpaqları tərk etməsini və Türkiyənin kürd muxtariyyətinin ərazilərini işğalı üçün əsas yaratmamasını istəyirik”, - deyə sözçü bildirib.Qeyd edək ki, yaxın zamanda türk ordusunun Qəndilə əməliyyatı gözlənilir.
Вернуться назад