Azərbaycan İnformasiya Agentliyi (AİA)


YENİ TƏDQİQAT İŞLƏRİ İLƏ ZƏNGİN “MƏRUZƏLƏR” JURNALI MƏRKƏZİ ELMİ KİTABXANADA


AMEA-nın “Məruzələr” jurnalının 2016-cı il tarixli ilk sayı AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) təqdim edilib.
Jurnalın baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.
Jurnalda AMEA-nın həqiqi üzvlərinin (akademik), müxbir və xarici üzvlərinin əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatlarının nəticələri çap edilib. Həmin məqalələri yalnız ingilis dilində müvafiq ixtisaslar üzrə AMEA-nın həqiqi üzvləri təqdim edir və onların elmi məziyyətləri üçün cavabdehlik daşıyırlar. Jurnalın bu dəfəki sayına Fizika-riyaziyyat və texnika elmləri üzrə 5, Kimya elmləri üzrə 5, Yer elmləri üzrə 2, Biologiya və tibb elmləri üzrə 2, Humanitar və ictimai elmlər üzrə isə 3 elmi tədqiqat işi daxil edilib.
“Məruzələr” jurnalı əhatəli məlumatlarla zəngin, konkret nəticəsi və təklif olunan üsulu prinsipial şəkildə yeni olan “Küyün diferensial normal paylanma funksiyasının hesablanmasının ədədi alqoritmləri” (fizika-riyaziyyat və texnika elmləri), “Müalicəvi Naftalan neftinin quruluş xüsusiyyətləri” (kimya), “Materiyanın azad halının səciyyələri haqqında” (yer elmləri), “Multikultralizm etikası – tərəqqi konsepsiyası” adlı məqalələr xüsusilə maraq doğurur.


AMEA Mərkəzi Elmi Kitabxana
Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsi



0 0



Şərhlər (Facebook)