Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hitlerin kitabı rekord qırıb


Keçən il Adolf Hitlerin “Mənim mübarizəm” kitabının təkrar nəşri Almaniyada rekord qırıb. Xəbərə görə, Adolf Hitlerin məşhur kitabı 85 min nüsxə satılıb. Naşirlər kitabı satışa 4 min tirajla çıxarmağı planlaşdırsalar da, düşündüklərindən də daha çox oxucu diqqətini çəkib. Bu ilin yanvar ayının sonunda artıq kitabın 6-cı tirajı vurulacaq. Eyni zamanda “Mənim mübarizəm”in fransız nəşri nəzərdə tutulub. Xatırladaq ki, Adolf Hitler “Mənim mübarizəm” kitabını 1924-cü ildə yazıb. Nasist ideologiyasının aparıcı kitabı hesab olunan “Mənim mübarizəm” milyon tirajlarla çap olunub, müxtəlif dillərə tərcümə edilib.


0 0



Şərhlər (Facebook)