Azərbaycan İnformasiya Agentliyi (AİA)


Tanınmış professor başqasının əsərini öz adı ilə çap edib -Növbəti elmi plagiat qalmaqalı


Aerbaycaninfo.az Azərbaycan elm dairələrində növbəti plagiat qalmaqalı baş verib.
Məlumata görə, professor Əhəd Canəhmədovun yenicə çapdan çıxmşış “Həqiqətin fəlsəfəsi” kitabının plagiat olduğu idda olunur. Bu barədə tanınmış jurnalist Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, Azərbaycanın fantast yazıçısı Lev Əsgərovun (Maas) 2013-cü ildə yazdığı “Toranlıqdan işığa” kitabı başqa müəllif adı ilə çap olunub: “Lev Əsgərov dostum Vadim Əsgərovun atasıdır. 2013-cü ildə Lev Maas bu kitabı yazıb. 2016-cı ildə isə kitab Mühəndis Elmləri Akademiyasının akademiki Əhəd Canəhmədovun müəllifliyi ilə yenidən çap olunub. Başqasının əməyini, intellektual mülkiyyətini oğurlayıb öz adı ilə çap ediblər. Məndə olan məlumata görə, kitabın ingilis dilində də çapına hazırlıq gedir. Bu plagiatdır”-deyə K. Quluzadə yazıb.

Jurnalist qeyd edib ki, Lev Əsgərov plagiatla bağlı məhkəməyə müraciət etmək niyyətindədir.

Qeyd edək ki, professor Əhəd Canəhmədov Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (2014), tribologiya və tribotexnika sahəsində tanınmış alim və mütəxəssisdir.

1946-cı ildə Azərbaycanın Xızı rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) Neft-mexanika fakültəsini bitirib. 1991-ci ildə professor elmi dərəcəsini alıb. Tribologiya elmi sahəsində ilk azərbaycanlı elmlər doktorudur.

1975-1976-cı illərdə Böyük Britaniyada elmi staj keçib. 1973-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda 1982-1990-cı illərdə xarici tələbələrin işi üzrə dekan müavini işləyib.

2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında Nəqliyyat mexanikası və materialşünaslıq kafedrasının müdiridir. 2014-cü ildə Rusiya Mühəndislik Akademiyasının akademiki seçilib. 2014-cü ildə Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən Tribologiya sahəsindəki elmi kəşfinə görə Nobel mükafatı laureatı P.L.Kapitsa adına qızıl medala layiq görülüb.

340-dən artıq əsərin, o cümlədən 50 monoqrafiyanın və kitabın, dərslik və dərs vəsaitinin və 30-dən çox patentin müəllifidir. Elmi əsərləri təkcə MDB deyil, eləcə də xarici ölkələrdə məşhurdur.

1989-1990-cı illərdə SSRİ Ali Təhsil şurasının üzvü, 1992-1993-cü illərdə isə Azərbaycan Dövlət Ali Ekspert şurasının üzvü olub.

2013-cü ildən Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalının Baş redaktordur.

Strateq.az
Tanınmış professor başqasının əsərini öz adı ilə çap edib -Növbəti elmi plagiat qalmaqalı


0 0



Şərhlər (Facebook)