Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanlı alim: Adəm ilk insan deyil, dəstəmazın da namazla heç bir əlaqəsi yoxdur



“Adəm ilk insan deyil!”.

Azərbaycaninfo.az-ın məlumatına görə, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva Modern.az-a müsahibəsində belə bir sensasion iddia ilə çıxış edib.

Quranı tam yeni variantda tərcümə edən alim fikirlərini belə izah edib:

“Bizdə deyirlər ki, Allah palçıqdan heykəl düzəltdi, sonra onu üflədi və ilk insan – Adəm yarandı. Yaradılış isə başqa şeydir, bu, Quranda izah olunub. Quranda meymuna qədərki təkamül izah olunub. Homo sapiens – şüurlu insanın meydana çıxması da “Bəqərə” surəsində izah olunub.

Deyilir ki, Adəmlə Həvvaya şüur veriləndə onlar eyib yerlərinin fərqinə vardılar. İlk insan isə Adəm və Həvva deyil, ilk insan normal yaradılışdır. Adəm ilk peyğəmbərdir. Həvvanın isə adı heç Quranda çəkilmir. Quranda deyilmir ki, bütün insanlar Adəmlə Həvvadan yaranıb.

Görürsünüzmü, Adəm ilk peyğəmbərdir. Amma peyğəmbər kiməsə nəsə öyrətməlidir axı. Peyğəmbər insanlar üçün gəlir. Demək ki, Adəm ilk insan yox, ilk peyğəmbərdir. Allah Adəmi yer üzü cənnətində yaradıb”.

Səbirə xanımın daha bir qalmaqallı açıqlaması dəstəmazla bağlıdır. O, dəstəmazın namazla heç bir əlaqəsi olmadığını deyir:

“Ərəb dilində başqa “Maidə” surəsinin 6-cı ayəsində dəstəmaz sözü salaata aiddir. Yazılır ki, salaata qalxanda dəstəmaz lazımdır. Salaat cəmiyyət içərisinə çıxanda mütləq dəstəmaz almaqdır. Burada dəstəmaz saçını düzəltmək, geyiminə fikir verməkdir. Cəmiyyət arasına çıxanda hamı dəstəmaz alıb çıxır. Namaz isə Allaha yalvarıb-yaxarmaqdır. Misal üçün, mən küçədə bir çalaya yıxılmışam. Təbii ki, dəstəmazım pozulub. Mən Allaha yalvarmalıyam ki, o çaladan çıxa bilim”.


0 0



Şərhlər (Facebook)