Azərbaycan İnformasiya Agentliyi (AİA)


Şairlər dünyanın söz varlığıdır


“Məni öldür, amma düşüncələrimə müdaxilə etmə. Onsuz da mümkünsüzdür!”
M.U.Şirvanlıl


Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıdan başlanan ömrün şeirli günləri müqəddəs dərgaha baş əyərək nəhayətində Mətanət xanım demiş, dərgahlara baş əyərək “Allahın açdığı qapıdan keçir”. Bəli, bəsirət qapısı bağlı olanlar “Dərgahi -İlahi” olan qəlblərə üz tutmadıqca qəflət sürgünləri tək susayaraq, qumlu səhralardan dirilik suyu axtarmaqdadır.
Poeziya aləmində əsrarlı duyğularını incə hisslərlə bir rəssam kimi politrasında çalarlarla çox həssaslıqla nəzmə çəkən Mətanət Ulu Şirvanlı sanki dünya adlı böyük bir tablosunu ürəyinin süzgəcindən keçirəcək həyat molbertində sərgiyə qoyur. Və deyir ki...

“Çəkdin əllərinlə rəsmimi mənim,
Ah, könlüm könlünlə barışmayırsa...
Neynirsən sən Allah şəklimi mənim,
Dil açıb yerimə danışmayırsa?!”

Hətta susan şəkilləri dilləndirib, danışdırmaq istəyilə üz-üzə qalan şairə nəticə ehtibarı ilə şəklin dözümlü olduğunu bildirir.

“...Gecələr sübhə qədər,
Gözlərini qırpmadan,
ah, yolunu gözləyəcək
Mən dözmədim əzizim,
o şəkildi, dözəcək.”

M. Ulu Şirvanlının torpağı şair yetirə bilər. “Sarı çiçək” ödüllü sarıtorpaq isə bu, eşqin həsrəti üçün məhəbbətlə, əhd-vəfa yolunda poeziyanın vüsalına yetmək uğrunda həqiqi can fəda etməkdir. Şirvan torpağının istedadlı şairəsi M. U. Şirvanlı özünəməxsus cəfakeşliklə bu, yolda qəlb odlayır. Vətənin gözəlliklər mücəssiməsi olan dağlar, çaylar, meşələr, göllər və dənizləri,ümumiyyətlə təbiət görüntülərindən nəyi qələmə alırsa, Odlar yurdu-Azərbaycanımı vəsf edir. Necə ki, şair deyir:

“Rəssam,
ürəyimə Azərbaycan
bayrağı çək-
dalğalansın küləklərdə.
Azərbaycan, heykəli tək
uca olsun ürəyimdə. ..”

İnsanın bioloji varlıq kimi meydana gəlməsini bir anlıq göz önünə gətirək; bir hibridin göz açıb dünyaya gəlməsindən dolayı milyardlarla bənzərləri can verir-fani olur. Daha doğrusu bir fədakarlıq yürüşündə sanki, ölür. Təki o, həyata gəlsin “Əhsəni-Təqvim” biçimiylə süslənərək. O-nun əsəri tək ədəbiyyat qazansın.
Mətanət xanımın bütün əsərlərinin leytmotivi kimi belə qənaətə gəlmək olar ki, doğrudan da qeyd etdiyi kimi;
-“Şairlər dünyanın ən kasıb təqəbəsidir. Onun varı-yoxu olan şeirləri də özününkü deyil. Cəmiyyətə təqdim etdiyi andan ehtibarən şeirləri oxucuların duyğu və istəklərinə çevrilir. Şairin varı-dövləti yalnız oxucunun ona dediyi -Sağ ol,-kəlməsidir!”
Şairlər əslində söz sarıdan mənəvi aləmdə ən ali varlıqdır. Şair itkisi isə əvəzolunmazdır. Fərqli cəhəti isə budur ki;

“ ...Allahın aşdığı qapıdan keçir,
Şair dünyasını dəyişən zaman
O təkcə özünün evindən deyil,
Yüzlərlə sevənin özündən köçür”. (Ağ ayaqqabı)

Şairin qələmindən qəlblərə süzülən hər misrası gecələri ərşə çəkilən yuxuların bədəlidir. Zaman-zaman gəlib getdikcə SÖZdür. Həmçinin “şeir-ruhun yazılı təsvridir” və şairlər ruhlar limanıdır, -deyirəm, heç də yanılmadan. Yerə enəndə, bərxəzlərdə gözləyirlərsə, səmalarda yüksəlirsə qəlb məqamından dönəndə, vəcd anında şeir olar. Hüdudları keçənlər yalnız könülləri oxşayan hikmət dolu əsrar olur. Bu duyumlar hər halda şairlərə məxsus haldır.
Hər günün təfəkkürünü şeirləşdirən yazarlar oxuyanları daha dərin düşüncələrə dalmağa sövq edir. Dilin qəlblə birlikdə iqrarında belə nəticəyə gəlmək olar ki, vəslinə- şeirə yetmək istəyən söz adamı üçün onun vüsalını dadmaq sonuncu səadətdir. Və eşqinə dönən ruhun həsrəti olsaydı dünyanı yandırardı.
Şeirdən-şeirə od tutub dil açdıqca, ləlidikcə söz arası şairənin çilovlanmayan hissləri ilə üz-üzə qalırsan. Aləmlərin süzgəcindən keçə-keçə söz yurduna gəlincə izharını, iqrarını, bakirəliyini gözləyirdi. İlhamlanıb bəlagətlə hələ dil-dil ötməmş şeir adlı gözəllik mücəmməsi yol gedirdi qəlb rəhninə. Qeybdən qeybə müjdələyən vəslinə yetmək üçün əhdə vəfa yolundaydı. Sanki dünyaya ilk şeir -ilk söz gəlirdi. Səsindən duyurdular onu...
Qədəmləri qələm altında hələ İqra əmrinə yetməmişdi. Bir kövrək şair qəlbi vəcdə gəlib oxudu, o üstün şeiri. Onun adıyla;
“Ah, sevdiyim sarı çiçək, sarı rəng”! və beləcə M.U.Şirvanlının qələmindən həyat sarı rəngə keçir;

“Həyat sarı rənğdən keçir,
Həyat sarı, qız sarı,
Sarı rəngi sevin barı!...”

heç olmasa (zarafatla) Mətanət xanım inciməsin. M.U. Şirvanlı deyir;
“Nə yaxşı ki, düşünmək tərzi varmış!”, Nə yaxşı ki, heç kim heç kimin düşüncələrinə müdaxilə edə bilmir. Bu qabiliyyəti insanlara vermədiyin üçün Sənə təşəkkür edirəm, Tanrım! Düşüncələrim bəzən şıltaq uşağa ,cilovsuz ata və bəzən də dustaqlığdan qaçan məhkümlara bənzəyir. Bəzən arzularım da düşüncələrimə oxşayır, düşüncələrimlə birlikdə yürüyür... yürüyür...Mən yenə də düşünürəm...”

Və yaxud

“Elə sən tək ağ buxaqlı
Ayaqqablı ağ çəkmə
Sarı telli yosun gözlü...
Üzü qəmdən duvaqlı
O ağ ayaqqabılar...
Tak...tarak...
O qızı apardılar...
Ana nağıl danışır...
...olub-bitənləri.
-Bumu səni apardı
qəm-qüssəli günlərə?!
Qoy dolanım başına,
bu çəkməni ver mənə.

Rənglər doğulduğu vaxt, şəkillər solduğu an, surətini düşün an, çıx içindən şəkillərin, öz fani rəsmini tap, saxlama gözlərində o qədər surətləri. Onlar çox heybətlidir.
Bu yolda Mətanət xanıma sevgi çələngini al-əlvan çiçəklərlə bəzəyib-toxuyaraq “Ağ ayaqqabı” ilə, ağ yolların nuruna qərq olaraq, əllərində ağ çiçəklər, müjdələrlə,üz tutduğu niyyətlə, xoş ovqatlı dualarla ona uğurlar diləyir, qədəmlərinə -uğuruna ağappaq-bərraq sular səpərək ərşə bülənd “gecələrin yuxusuna şirin olsun, deyirəm. Və son dərəcə ruhumu oxşayan misralarla hələlik...

Ağatahir Cəbirli
Şair-publisist



0 0



Şərhlər (Facebook)