Azərbaycan İnformasiya Agentliyi (AİA)


Tanınmış jurnalistin yeni kiatabı işıq üzü görüb -FOTO


Tanınmış jurnalist Ötərxan Eltacın yeni kiatabı işıq üzü görüb.

"Laçın haraylayır Laçına bizi"adlı kitaba “Qartal yuvası” adlanan Laçın torpağının toponomiyası, oronomiyası, eləcə də tarixi sərhədləri, əcdadlarımızın ruhu dolaşan yurd yerləri, memarlıq abidələri, xəritələr, fotoşəkillər, dəyərli tarixi keçmişimizi əks etdirən və əsl vətənpərvərlik ruhu, türkçülük eşqi ilə yazılan publisistik yazılar, həyat hekayətləri, poetik düşüncələr, o cümlədən zəbt olunmuş ərazilərimiz haqqında məlumatlar, namərd düşmənə sinə gərən fədakar oğulların rəşadəti, erməni vandallarının iç üzü, xalqımıza qarşı törətdikləri vəhşiliklər, haqsız iddialar daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab Laçın tarixini özündə əks etdirməklə yanaşı, Quşçu-türk tayfasının Azərbaycana ilk gəlişi, məskunlaşması və aboregen status qazanması (Laçın rayonu daxilində) haqqında ilk yazılı abidədi.


0 0



Şərhlər (Facebook)