Azərbaycan İnformasiya Agentliyi (AİA)


Heydər Əliyev sarayında Bülbül adına müsabiqənin təntənəli qala gecəsi keçirildi


Bülbül - Azərbaycanın tanınmış opera müğənnisi, musiqiçi- folklorçu, saysız hesabda tələbələri olan görkəmli müəllim olub. SSRİ artisti olmaqla yanaşı, Stalin premiyasında layiq görülən dövrünün az sayda olan ictimai xadimlərindən biri idi. Əsla adı- Murtuza Məmmədov idi. 22 iyun 197- ci ildə o Xanbağı- Şuşada dünyaya göz açıb. Bülbülün xatirəsi uzun illərdir ki, dövlət rəhbərliyi tərəfindən xüsusi olaraq anılır, şəninə beynəlxalq müsabiqələr təşkil edilir.
Bülbül Azərbaycanın ilkləri arasında opera müğənnisi, lirik-dramatik tenor səs tərzinə malik ifaçı idi. Bir çox təsniflərin ifaçısı, musiqi folklorunun tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi idi.
Bülbül 1927- ci ildə Bakı Konservtoriyasını bitirdikdən sonra, təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931- ci ildə o Milan Konservatoriyasınnda Cüzeppe Anselmi, Delliponti və R. Qrainin sinfini bitirmiş. Sonra geri dönərək, Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1932- ci ildə məhz Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi- tədqiqat kabineti yaradılmışdır.
1938- ci ildə SSRİ xalq artisti adına layiq görülən Bülbül, 1940- cı ildə ildə professor seçilir və 1950- ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Bülbül Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir, lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordeni ilə yanaşı, İtaliyanın Qaribaldi ordeni və medallara layiq görülmüşdür. Bakı şəhərində 26 sentyabr 1961- ci ildə vəfat edən Bülbülün qəbri birinci Fəxri Xiyabandadır.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır və onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi məhz bu görkəmli musiqişünasın adı altında fəaliyyət göstərir.
Bülbülün oğlu Polad Bülbüloğlu müğənni, bəstəkar və diplomatdır, uzun illər Azərbaycanda nazir vəzifəsində çalışmışdır. Polad Bülbüloğlunun Rusiyada yaşayan övladı Teymur isə Rusiya Federasiyasının Əməkdar Artisti adına layiq görülmüşdür.
İyun ayının 8- də möhtəşəm Heydər Əliyev sarayında sözügedən dahi ifaçı- Bülbülün xatirəsinə Mədəniyyət Nazirliyi və Bülbül adına Beynəlxalq Fondun dəstəyi ilə təşkil olunan vokalçıların yeddinci beynəlxalq müsabiqəsi keçirildi. Tədbirdə ilk öncə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Bülbülün həyat və yaradıcılığından bəhs edərək, dövlətimizin dahi ifaçıya olan diqqətindən söz açdı. Sonra səhnəyə müxtəlif ölkələri təmsil edən müsabiqə iştirakçıları dəvət olundu. Vokalçılardan ibarət yeddinci muğam müsabiqəsinin Qran- Pri mükafatının qalibi adına türkiyəli ifaçı Minə Kurtoğlu layiq görülüb. Birinci yerə rusiyalı ifaçı Anastasiya Barun, ikinci yerə gürcüstanlı vokalist Georgiy Çelidze layiq görülüblər. Üçüncü yerə isə ukraynalı Yuliya Zasimova, Özbəkistandan olan Ümid İsrailov və Azərbaycanımızı təmsil edən Elnarə Məmmədova layiq görülüblər.
Xüsusi diplomlara layiq görülən müsabiqə iştirakçıları; Ukraynadan gələn Yuliya Tkaçenko, rusiyalı Anna Şapovalova və Gürcüstan təmsilçisi Ketavan Sixarulidze idi. Ən yaxşı tenor adına Özbəkistan ifaçısı Ümid İsrailov və rusiyalı Elza İslamova layiq görülüblər. Bülbül adına ən yaxşı romansların ifaçı adına isə Azərbaycanlı Yuliya Kərimova və rusiyalı Serqey Semyonov layiq görülüblər, ən yaxşı konsetmeyster adına isə Serqey Çeçetko seçilib. Azərbaycandan olan gənc vokalçı Mahir Tağızadə “Ümid” diplomuna layiq görülüb.
Qaliblırin mükafatlandırılmasından sonra səhnəyə təşrif buyuran ifaçılar öz iafalarını səsləndiriblər.
Xalq artistləri Azər Zeynallı və Anar Şuşalının ifasında Bülbülün repertuarından klassik popuri səsləndi. Gənc muğam müsabiqəsinin qaliblərindən ibarət (Arzu Əliyeva, Ehtiram Hüseynov, Nigar Şabanova) “Qarabağ şikəstələri” adlı ifaları ilə bütün izləyicilərə xoş anlar bəxş etdilər.
Konsertin sonunda çıxı edən xalq artisti, diplomat Polad Bülbüloğlu ölkə rəhbərliyinə öz dərin təşəkkürünü bildirərək, bu cür müsabiqələrin gənclərin və yaradıcılığın gedişatında mühüm rol oynadığını vurğuladı. Sonda Polad Bülbüloğlu “Gəl ey səhər” şedevr mahnısı ilə konsert proqramını yekunlaşdıdırdı.


Aynur Nurlu
Heydər Əliyev sarayında Bülbül adına müsabiqənin təntənəli qala gecəsi keçirildi
Heydər Əliyev sarayında Bülbül adına müsabiqənin təntənəli qala gecəsi keçirildi
Heydər Əliyev sarayında Bülbül adına müsabiqənin təntənəli qala gecəsi keçirildi
Heydər Əliyev sarayında Bülbül adına müsabiqənin təntənəli qala gecəsi keçirildi


0 0



Şərhlər (Facebook)