Azərbaycan İnformasiya Agentliyi (AİA)


Neftçilər xəstəxanasında meyid pula görə girov saxlanılıb


Neftçilər xəstəxanasında meyid pula görə girov saxlanılıb

Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
Avropa.info xəbər verir ki, İsmayıllı rayonu Tircan kənd sakini 26 yaşlı Mirzəyev Mirzə Mərdan oğlu böyrək çatışmazlığından dünyasını dəyişib. Bu haqda məlumatı mərhumun əmisi, şair, "Maraqlı məqam" qəzetinin redaktoru Kamran Mirzə verib.
O, qardaşı oğlu olan M.Mirzəyevin hələ 2 yaşında ikən böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib. Elə bu yaşda ikən xəstənin bir böyrəyi sıradan çıxdığı üçün kəsilərək götürülüb. 19 yaşına qədər tək böyrəklə yaşayan Mirzənin artıq ikinci böyrəyində də problemlər yaranmağa başlayıb.
3 il yarım bundan əvvəl isə xəstənin ikinci böyrəyi də tamamilə sıradan çıxıb. Bundan sonra Mirzə əməliyyat olunub və ona anasının böyrəyi köçürülüb.
Bu yaxınlarda yenidən böyrəyində problem yaşanan xəstə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. M.Mirzəyev bu gün səhər saatlarında dünyasını dəyişib.
Kamran Mirzə qardaşı oğluna anasının böyrəyini köçürmək üçün valideynlərinin 60 minə yaxın pul xərclədiklərini deyib. O, hazırda qardaşı oğlunun meyitini almaq istədiklərini, amma həkimlərin ödəniş edilməsi lazım olduğunu söylədiklərini bildirib. K.Mirzənin sözlərinə görə, mərhumun valideynləri baş həkim Leyla Seyidbəyova ilə də görüşüb, ona əməliyyatın düzgün aparılmadığını deyiblər. Buna baxmayaraq, həkimlər məsuliyyəti öz üzərlərindən atır. Mərkəzi Neftçilər Xəstəxanası nəhayət Mirzə Mirzəyevin meyitini ailəsinə təhvil verib. Bunu Axar.az-a vəfat edən gəncin əmisi Kamran Mirzə deyib. “2 gün əvvəl qardaşım oğlunu ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına gətirdik. Pul almaq niyyətilə əməliyyata saldılar. Halbuki, artıq çarə tükənib deməliydilər. Burada hətta danışmağa belə pul istəyirlər. Hazırda sənədlərə imza atmışam və meyiti birazdan götürüb İsmayıllıya aparacam”.


0 0



Şərhlər (Facebook)