Azərbaycan İnformasiya Agentliyi (AİA)


8 saylı vergilər İdarəsində ciddi nöqsanlar aşkarlandı


8 saylı vergilər İdarəsində ciddi nöqsanlar aşkarlandı
8 saylı vergilər İdarəsində ciddi nöqsanlar aşkarlandı
Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Hesablama Palatasından verilən məlumata görə, rayonlar səviyyəsində ayrı-ayrı tədiyyə növləri üzrə proqnozların bir sıra hallarda əhəmiyyətli kəsirlərlə və əhəmiyyətli artımlarla yerinə yetirilməsi vergi intizamının təmin olunmaması ilə yanaşı bəzi hallarda proqnozların da tam şəkildə əsaslandırılmadığını göstərib, belə hal kimi ƏVİ-nin nəzarət əhatəsinə daxil olan rayonlar da spirtli içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin fəaliyyət göstərməsinə baxmayaraq 2014-cü və 2015-ci illər üzrə aksiz vergisi proqnozlarının müəyyən edilməməsi, lakin 2015-ci il ərzində 701,1 min manat aksiz vergisinin hesablanması və 536,2 min manat aksiz vergisinin dövlət büdcəsinə daxil olmasi faktı müəyyən edilib.
Obyektləri digər vergi orqanlarının xidməti ərazilərində (əsasən Bakı şəhərində və Abşeron rayonunda) yerləşən bir sıra aktiv vergi ödəyicilərinin bəyannamələrində dövriyyələrin göstərilməməsi, digərləri üzrə isə dövlət büdcəsinə hesablanıb və ödənilmiş vergi məbləğlərinin azalması səbəbləri araşdırılmayıb.
Vergi Məcəlləsinin 85.4-cü maddəsinə (vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər) istinad edilməklə 16 vergi ödəyicisi üzrə silinmiş vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulan tədbirlər vaxtında tam şəkildə həyata keçirilməyib, o cümlədən əksər vergi ödəyicilərinin əmlaklarının müəyyənləşdirilməsi istiqamətində aidiyyəti dövlət orqanları ilə son yazışmaların tarixləri əvvəlki dövrlərə təsadüf etməklə müvafiq icra hakimiyyəti orqanlarının yalnız yerli strukturları ilə aparılıb, həmin qurumların mərkəzi aparatları ilə dəqiqləşdirilməyib, borcları silinmiş bir sıra vergi ödəyicilərinə aktivlərinin olub-olmaması barədə sorğular göndərilməyib, sorğuları cavablandırmayan vergi ödəyicilərinə isə Vergi Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun maliyyə sanksiyaları tətbiq edilməyib.
Eyni zamanda, borcların vergi ödəyicilərinin əmlaklarına yönəldilməsi hesabına dövlət büdcəsinə təmin edilməsi məqsədilə açılmış qərarlardan auditlə əhatə olunan dövrün sonuna icra edilməmiş qərarların sayı 516, həmin qərarlar üzrə ümumi borcun məbləği isə 742 min manat təşkil edib, bir sıra hallarda əmlakın siyahıya alınması barədə qərarların icrası zamanı əmlakın siyahıya alınması ardıcıllığına riayət olunmayıb, o cümlədən dövlət büdcəsinə borcu olan ictimai iaşə və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri üzrə nağd pul vəsaitlərinin siyahıya alınması təmin edilməyib, məhkəmə hökmləri ilə təmin edilmiş dövrdə dövlət büdcəsinə vəsait daxil olmayıb.Gəlirdən çıxılan xərclərin tərkibində əsasən xammal-material və malın dəyəri xərclərinin xüsusi çəkisinin yüksək olması səbəbindən bir sıra mənfəət vergisi (illik gəlir vergisi) ödəyicilərinin ümumi rentabellik səviyyəsi aşağı olub, eyni zamanda zərərlə fəaliyyət göstərdikləri bəyan olunan vergi ödəyiciləri üzrə də mövcud olan müxtəlif məlumatlar vergi nəzarəti qaydasında üzləşdirilməyib, uyğunsuzluqların səbəbləri müəyyənləşdirilməmiş və aradan qaldırılmayıb, bir sıra hüquqi şəxslər üzrə hesablanmış əmək haqqı məbləğləri mənfəət vergisinin bəyannamələrində ümumi gəlirdə çıxılmaların tərkibində əmək haqqı xərcləri kimi göstərilməyib, eyni zamanda muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergilərin hesablanmaması halları da mövcud olub ki, bu hüquqi şəxslərdə də operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi təmin edilməyib.Auditin nəticələri ümumiləşdirilərək, ayrı-ayrı rayonların gəlirləri üzrə proqnozların icrasının, əsasən, həmin rayonların ərazilərində fəaliyyət göstərən vergi ödəyicilərinin vergiləri hesabına ödənilməsinin təmin olunması, rayonlar səviyyəsində ayrı-ayrı tədiyyə növləri üzrə proqnozların tam şəkildə əsaslandırılması, obyektləri digər vergi orqanlarının xidməti ərazilərində (xüsusilə Bakı şəhərində və Abşeron rayonunda) yerləşən vergi ödəyiciləri, eləcə də ümumi rentabellik səviyyəsi aşağı olmuş mənfəət vergisi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisi ödəyiciləri, eləcə də zərərlə fəaliyyət göstərdikləri bəyan olunan vergi ödəyiciləri üzərində nəzarətin gücləndirilməsi zəruri hesab edilib.Hesablama Palatasının kollegiyası tərəfindən auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsanlar, onların aradan qaldırılması, hüquq pozuntusuna yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi və həyata keçirilmiş tədbirlər barədə Palataya məlumat verilməsi məqsədilə qəbul edilmiş kollegiya qərarının surəti, eləcə də müvafiq məktublar aidiyyəti dövlət qurumlarına göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib. Ölkə.Az


0 0



Şərhlər (Facebook)