Azərbaycan İnformasiya Agentliyi (AİA)


AMEA-nın xanım əməkdaşı həbs edilib- 87 minlik dələduzluq işi


Dələduzluqda təqsirləndirilən qadının məhkəməsi keçirilib. O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq əməkdaşıdır.
Xəbər verilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahangirova Arifə Qabil qızının cinayət işi üzfə məhkəmənin hazırlıq iclası keçirirlib.
1973-cü il təvəllüldü A.Cahangirova iki nəfərə qarşı dələduzluqda təqsirləndirilir.Məhkəmənin hazırlıq iclasında A.Cahangirovanın anket məlumatları dəqiqləşdirilib. Ailəli olmayan Cahangirova həbs edilmədən əvvəl AMEA-da öz ərizəsi ilə işdən çəxarıldığını deyib. O, AMEA-da dizayenr vəzifəsində çalışıb.
İki nəfərə qarşı dələduzluqda təqsirləndirilən A.Cahangirova nəşriyyat işi görmək üçün oblardan pul alıb.Zərərçəkmişlərdən biri 69 min manat, digəri isə 18 min manatı iş qurmaq adı ilə Cahangirovaya verdiyini iddia edir.
Məhkəmənin hazırlıq iclası fevralın 17-nə təyin edilib.


0 0



Şərhlər (Facebook)