Azərbaycan İnformasiya Agentliyi (AİA)


ABŞ səfiri ilə Kəmaləddin Heydərovun gizli sövdələşməsi – ÇEVRİLİŞ PLANI YOXSA XƏYANƏT?


ABŞ səfiri ilə Kəmaləddin Heydərovun gizli sövdələşməsi – ÇEVRİLİŞ PLANI YOXSA XƏYANƏT?
AzToday.az Azərbaycan hakimiyyətinin iqtisadi “əzəməti” hesab edilən Kəmaləddin Heydərovun “fövqəlgücü”, barədə məlumat vermişdi. Yazıda bildirmişdi ki, bir neçə il öncə Kəmaləddin Heydərov Səudiyyə Ərəbistanında “Dubai Ports World (DP World)” şirkətinə, Dubay Əmirliyinin Mühafizə Xidmətinin rəhbəri Məhəmməd bin Rəşid Qadirin vasitəsilə 73 milyon dollar məbləğində investisiya yatırması ABŞ və Britaniya xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Buna səbəb isə sözü gedən şirkət terror təşkilatlarının maliyyə mərkəzi kimi tanınması olub. Şirkət Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İran, Şimali Koreya, Liviya və Pakistan kimi dövlətlərə qanunsuz olaraq nüvə yanacağının təchizatı ilə məşğul olduğu iddia edilir. Qərb ölkələrinin xüsusi xidmət orqanlarının açıqladığı hesabatlarda sözügedən şirkətin Əl-Qaidə terror təşkilatı ilə də əlaqələrinin olduğu bildirilir.

AzToday.az Kəmaləddin Heydərovun ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Morninqstarla iki saatdan çox çəkən görüşün müəyyən təfərrüatları barədə məlumatları təqdim edir. Sayt İlk öncə onu qeyd edir ki, məşhur “WİKİLİEAKS” saytında yayılmış ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus sənədlərin birində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarla Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla keçirdiyi görüşdən bəhs olunub. Maraqlıdır ki, “WİKİLİEAKS” saytında sözügedən sənəd artıq yoxdur. AzToday.az-a daxil məlumatlarda bildirilir ki, həmin sənəd Kəmaləddin Heydərova yaxın insanlar tərəfindən “WİKİLİEAKS”-dən çıxarılıb. Kəmaləddin Heydərovu qorxuya salan həmin sənəddə onun Əliyevlər hakimiyyətinə qarşı münasibəti və böyük siyasi iddiaları açıq-aydın əksini tapıb.

Çevriliş planı yoxsa xəyanət?

ABŞ səfiri ilə Kəmaləddin Heydərovun gizli sövdələşməsi – ÇEVRİLİŞ PLANI YOXSA XƏYANƏT?
ABŞ səfiri ilə Kəmaləddin Heydərovun gizli sövdələşməsi – ÇEVRİLİŞ PLANI YOXSA XƏYANƏT?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Dövlət Departamentinə keçmiş səfir Riçard Morninqstarın Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla bağlı təqdim etdiyi hesabatını belə xarakterizə edir.

“Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkədə böyük nüfuza sahibdir. Onun ətrafında kifayət qədər qüvvəllər birləşib. Buna baxmayaraq Azərbaycan hakimiyyətinin daxilində Kəmaləddin Heydərova qarşı əks qüvvəllər də mövcuddur. (MKİ-nin sənədlərində müəyyən sətrlər qaralandığından məhz burda nədən bəhs edildiyi məlum deyil) Azərbaycanda demək olar ki, bir çox gəlirli şirkətlər və sahələr K.Heydərovun nəzarətindədir. Çox ehtiyyatlı adamdır. Bir neçə dəfə onunla görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin durumundan bəhs edərkən narazılığını ifadə edib. Onun sözlərindən belə başa düşülür ki, K.Heydərov Azərbaycandakı siyasi mühiti və eləcə də Prezident İlham Əliyevin idarəçiliyini, xüsusilə hakimiyyətdə Paşayevlər klanını mənfi qəbul edir”.

Xatırlayırsınızsa Kəmaləddin Heydərovla ABŞ-ın Azərbaycanda keçmiş səfiri olmuş Riçard Morninqstarla bir neçə görüşü olub. O dövrdə yerli medianın yaydığı məlumatlarda qeyd edilir ki, Kəmaləddin Heydərov Riçard Morninqstarla Azərbaycan-ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə dair məsələləri müzakirə ediblər. Həmin görüşlərdə qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Lakin maraqlısı odur ki, Azərbaycanda səfir kimi fəaliyyəti dövründə R.Morninqstar ölkədə kütləvi iğtişaşlar, xaos, vətəndaş qarşıdurması, siyasi ehtirasları qızışdıraraq ümumiyyətlə “fövqəladə hal” yaratmaq istəyən bir ölkənin səfirinə Kəmaləddin Heydərov daha hansı məlumatları veribmiş? İndi sizə elə gəlmir ki, səfirlik dövrünü başa vurduqdan sonra Morninqstar ABŞ-a dönüb Azərbaycan əleyhinə tədbirlərdə iştirak etməsi, antiazərbaycan təbliğatının aparılmasına və hakimiyyətin gözdən salınması üçün həyata keçirilən bütün fəaliyyətləri barədə Kəmaləddin Heydərovun məlumatsız olduğunu düşünmək sadəlövhlükdür. Əslində siyasət və diplomatiya ilə heç bir əlaqəsi olmayan bir nazirliyin rəhbəri, öz ölkələrinin xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu səfirlər, konsullar və müxtəlif ranqlı diplomatlarla görüşü başa düşülən deyil. Həmçinin, Kəmaləddin Heydərovun ölkənin ictimai rəyində İlham Əliyevə mənfi münasibətin olduğunu hansı parametrlərlə müəyyənləşdirdiyi də qaranlıq mətləblərdən xəbər verir.
ABŞ səfiri ilə Kəmaləddin Heydərovun gizli sövdələşməsi – ÇEVRİLİŞ PLANI YOXSA XƏYANƏT?

“WİKİLİEAKS” tərəfindən yayılmış sənədlərdə Kəmaləddin Heydərovun ABŞ səfiri ilə görüşdə tabeliyində hərbi birləşmələrin olduğunu əksini tapması “fövqəlnazir”in Əliyevlər hakimiyyəti üçün böyük təhlükə olduğunu göstərir. Kəmaləddin Heydərovun Rusiya hakimiyyətində dayaqlarının olduğunun nəzərə aldıqda ABŞ səfiri siyasi sövdələşmə cəhdini onun hakimiyyəti ələ almaq istəyindən xəbər verir.

Məsələ ilə bağlı Kəmaləddin Heydərovun münasibətini öyrənmək cəhdlərimiz boşa çıxdı. Belə ki, Fövqəladə Hallar Nazirliyinə email və poçt vasitəsi ilə göndərdiyimiz sorğuya cavab ala bilmədik. Görünür, Kəmaləddin Heydərov barəsindəki ittihamları münasibət bildirməməklə iddiaların doğru olduğunu təsdiq edir…

Elmidar Əliyev

AzToday.az


0 0



Şərhlər (Facebook)