Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ramin Quluzadənin diqqətinə: Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib


Ramin Quluzadənin diqqətinə: Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib
Ramin Quluzadənin diqqətinə: Cəlilabadda Telekommukasiya Qovşağının keçmiş rəisi 100 000 manat mənimsəyib

"Aztelekom” İstehsalat Birliyi Cəlilabad Telekommunikasiya Qovşağının keçmiş rəisi Cəbrayıl Vəliyev dövlət büdcəsindən 100 000 manat mənimsəyib.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Belə ki, 07.07. 2011-ci il Cəbrayıl Vəliyev vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlətdən küllü miqdarda pul mənimsəyib. İşlədiyi dövürdə güya 30 sentyabr 2010-cu il tarixdə saat 12:00 radələrində başvermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER.TSE-01 nömrəli 13/257 müayinə aktından çıxarışa əsasən 2-ci qrup əlillik dərəcəsi almışdır.

Görünür, rəhbər olduğu qovşağı gəlir mənbəyinə çevirmək C. Vəliyev üçün o qədər də müşkül məsələ olmayıb. Keçmiş rəis C. Vəliyev 2-ci qrup əlillik dərəcəsi almışdırsa 2010-2011-ci illər necə Cəlilabad rayon Telekommunikasiya Qovşağına rəhbərlik edə bilər? Saxta yollarla 100 000 manat mənimsəyən C. Vəliyev düşünməli idi ki, qanun hər zaman alilliyini qoroyur. Ölkə başçısı cənab İlham Əliyevin min bir əziyyət hesabına formalaşdığı dövlət büdcəsi xırda məmurlar tərəfindən bu cür tarimar olunur. Özünü müdafiə etmək məqsədi ilə C Vəliyev rayonda mötəbər bir şəxsin atasının yas mərasiminə gələn Ramin Quluzadəyə kabab qonaqlığı verdiyini işarə vurur. Əlbətdə ki, cinayət törədən şəxsin keçmişi heç bir halda nəzərə alınmır. "Cənab" Cəbrayıl müəllimdə umutmamalıdır ki, mənimsəniləm 100 000 manat tezliklə büdcəyə qayıdacaq.

İşlədiyi dövürdə özü-özünə əmr imzalayan C. Vəliyevin əməlləri bununla bitmir. Həmən illər ərzində dövlət büdcəsindən mənimsədiyi 100 000 manat hesabına Bakı şəhərində hündür mərtəbəli binalardan mənzil aldığı barədə də məlumatlar daxil olur. Redaksiyamıza ünvanlanan əmrin sürətində göstərilir ki, keçmiş rəis ciddi qanun pozuntularına birbaşa özü rəhbərlik edib. Onu da nəzərinizə çatdıraq ki, C. Vəliyev hal-hazırda Cəlilabad rayon Telekommunikasiya Qovşağında mühəndis vəzifəsində çalışır. Dosye.org olaraq bildiririk ki, məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Cəlilabad rayon prokurorluğuna rəsmi məktub ünvanlanacaq. İnanırıq ki, hüquq mühafizə orqanları məsələni dərindən araşdıracaq və C. Vəliyevin əməllərinə hüquqi qiymət veriləcək. mənbə bu linkdədir:My Webpage Ardı var

Bizi izləməyi unutmayın.


0 0



Şərhlər (Facebook)