Azərbaycan İnformasiya Agentliyi (AİA)


İnsan sağlamlığına ova çıxan “Ovçular ət və ət məhsulları” MMC milli genefondumuzu məhv edir


İnsan sağlamlığına ova çıxan “Ovçular ət və ət məhsulları” MMC milli genefondumuzu məhv edir

Ölkədə satılan kolbasa məhsullarının bir qisminin it ətindən hazırlandığı barədə informasiyalar verilir

Tarixən zamandan və məkandan, ictmai-siyasi quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı olmuşdur. Bu məsələ müasir dövr üçün də öz aktuallığını itirməmiş, əksinə, daha da ciddiləşmişdir. Yəqinliklə demək olar ki, istənilən dövlətin qarşısında duran çoxsaylı vəzifələr arasında ölkə əhalisinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı məsələsi xüsusi yer tutur.
Azərbaycanda ətin qiyməti günü-gündən qalxsa da, ət məhsulu hesab edilən kolbasa və sosiskaların qiymətində heç bir artım müşahidə edilmir. Sümüklü ətin qiyməti təxminən 12-15 manat arasında dəyişilir. Piştaxta arxasında isə hətta, 4 manata kolbasa tapmaq olar.
Ekspertlər hesab edir ki, kolbasanın qiymətinin aşağı olması gətirilən ətin ucuz və keyfiyyətsiz olması ilə əlaqədardır. Kolbasada heyvanın istehlaka yararsız olan hissələrindən də istifadə edilir. Hətta ölkədə satılan kolbasa məhsullarının bir qisminin it ətindən hazırlandığı barədə informasiyalar verilir.
Ümumiyyətlə əksər hallarda kolbasa yerli və təzə ətlərdən hazırlanmır. Ölkədə satılan kolbasa məhsullarının böyük əksəriyyətinin tərkibi Hindistandan gətirilən ət məhsullarından ibarətdir. Bu cür ətlərin kilosu 3 manata ölkəyə daxil olur. Bəzən istehlakçını aldatmaq məqsədi ilə kolbasanın üzərinə heç nə yazılmasa da, onun tərkibində digər inqridentlərlə yanaşı soyadan da istifadə edilir. Xüsusən də soya unundan geniş istifadə olunur.
Beləcə, hər gün insanlara qoca ətdən hazırlanmış, leş ətlərdən istehsal olunmu kolbasalar sırınır. Hətta bəzi iddialara görə, kardon da istifadə edilir.
Kolbasaların qiymətinin ətdən ucuz olmasına diqqət çəkən bəzi ekspertlər belə məhsulların istehsalında kenquru, zebu, at, eşşək və digər təkdırnaqlı, hətta caynaqlı, leş ətlərdən istifadə olunaraq hazırlanması haqda fikirlər irəli sürür.
Uzun illərdir ki, bazarda istehsal etdiyi kolbasa məhsulları ilə tanınan “Ovçular ət və ət məhsulları” MMC-nin adı keyfiyyətsiz məhsulları, insan sağlamlığına ziyan vuran qidaları ilə daha çox məşhurdur. Bunun üçün ötən illərə qısa eksurs etsək mənzərə tamamilə aydın olar.
2015-ci il. “Halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxır.
2016-cı il. Bakıdakı mağazaların birində “Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır.
2016-cı il. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edir.
Belə ki, məhsula dair müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturada donuz əti və piyindən istifadə olunması nəzərdə tutulduğu halda, faktiki olaraq məhsulun etiketinin üzərində bu barədə məlumat göstərilməyib.

Aşkar olunmuş nöqsanlarla bağlı “Ovçular ət və ət məhsulları” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında cərimə qərarı qəbul edilir.
2017-ci il. “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunur.
2017-ci il. Bakı Şəhər Baytarlıq İdarəsinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 1 ünvanında yerləşən Həsənov Fuad Alik oğluna məxsus kolbasa məhsullarının satışı anbarında yararlıq müddəti bitən, kiflənən və insan qidası üçün təhlükəli olan “Doktorskaya”, bişmiş, yarım hisə verilmiş “Krakovskaya” və ”Xlbmaya” kolbasaları, eləcə də “Ovcu” sosiska nümunələrinin olması müəyyən edilir.
“Ovçular” şirkətinin məhsullarından nəinki alıcılar, hətta satıcılar da şikayət edirlər. Onların sözlərinə görə, “Ovçular ət və ət məhsulları”na məxsus kolbasa və sosislər tez yararsız hala düşürlər.
Çünki xammal kimi istifadə edilən ətin keyfiyyətində problem var. Ümumiyyətlə, kolbasa bazarında sözügedən şirkətin məhsullarına tələbat azdır.
Rubrika.Az-a daxil olan məlumata görə, hazırda firmanın “Pəhriz”, “Həvəskar”, “Qovyajya” markalı kolbasaları satışda var. Ancaq keyfiyyət ildən-ilə dəyişmək bilmir.
Şirkətin harda yerləşməsi haqda video görüntülər da müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə şübhələr yaradır.
Yutubda yerləşdirilən görüntülərdən aydın olur ki, “NZS” qəsəbəsində, həyət evlərinin arasında məskunlaşan “Ovçular” göz önündən gizlənməyə çalışıb.
Ən nəhayət, bir müddət əvvəl şirkətin icraçı direktoru Nazim Kazımovun bildirdiyinə görə, yerli mal-qara ətindən çox az istifadə edirlər. Onun sözlərinə görə, aldıqları ətin keyfiyyətindən əmindirdirlər:
“Biz xammalı daha çox Moldova, Ukrayna, Hindistan və Braziliyadan alırıq. Yerli ət istehsalından da istifadə edirik, amma bu çox nadir hallarda olur”.
Rubrika.Az-a daxil olan məlumata görə, “Ovçular ət və ət məhsulları” MMC insan sağlamlığını təhlükə altında qoyaraq keyfiyyətsiz, yararsız məhsullar istehsalını davam etdirir. Belə məhsulların nədən hələ də marketlərdə asanlıqla satışa çıxarılması, ciddi tədbirlər görülməməsi ciddi suallar yaradır. Görünür “Ovçular” ova çıxmazdan öncə “lazımi önləmə tədbirləri” həyata keçirirlər. Yoxsa birbaşa millətin genefonduna zərbə vuran bu şirkətə qarşı bu qədər biganəlik göstərilməzdi.

Rubrika.Az


0 0



Şərhlər (Facebook)