Azərbaycan İnformasiya Agentliyi (AİA)


Nazirlik Xəzər dənizinin 955 kilometrlik sahil zolağında iməclik keçirib


Nazirlik Xəzər dənizinin 955 kilometrlik sahil zolağında iməclik keçirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 23–28 sentyabr 2013-cü il tarixlərində keçirilən “Xəzər həftəsi” başa çatdı. Nazirlikdən "azerbaycaninfo.com"a verilən məlumata görə, “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə ETSN tərəfindən hazırlanmış tədbirlər planına müvafiq olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağında (Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində) vətəndaşların, yerli icra strukturlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələrinin və şagirdlərin iştirakı ilə iməciliklər keçirilib. Məişət və sənaye tullantıları yığılaraq zibil poliqonuna daşınıb. Eyni zamanda, orta təhsil müəssisələrində lektoriyalar təşkil edilib, idarə və müəssisələrdə Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxunub və dəyirmi masalar təşkil olunub. Keçirilən tədbirlərdə ETSN-in mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar verilib. Həmçinin hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ edilib. Bununla da, “Beynəlxalq Dəniz Günü” ilə əlaqədar Nazirlik tərəfindən keçirilən “Xəzər həftəsi” nə yekun vurulub.

Zeynəb, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)