Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bərdə Su İdarələri Əhməd Əhmədzadənin icazəsi ilə yüz minlərlə manatı mənimsəyirlər


Bərdə Su İdarələri  Əhməd Əhmədzadənin icazəsi ilə yüz minlərlə manatı mənimsəyirlər

Bərdə rayon Suvarma Sistemləri İdarəsi və Subartezan İstismar İdarəsinin müdirləri Natiq Əhmədov və Firudun Baxşəliyev «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbəri Əhməd Əhmədzadəyə arxalanaraq hər il dövlətin yüz minlərlə manat vəsaitini mənimsəyirlər (pia.az). Təbii ki, bu mənimsəmə hallarına görə həm «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbərinin, həm də Bərdə rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayevin «payını» vermək şərti ilə. Bu barədə Bərdədən PİA.Az daxil olna məlumata görə rayonun Suvarma Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov kanalların, hidroqurğuların təmiri adı altında ayrılan vəsaiti saxta sənədləşdirmə əsasında başqa bir müəsisəyə köçürərək hər il dövlətin küli miqdarda vəsait yir. Belə ki, son bir ildə Suvaram Sistemləri İdarəsinin müdiri Natiq Əhmədov dövlət büdcəsindən ayrılan 200 min manata yaxın vəsaiti beton kanalların təmiri, hidroqurğuların təmizlənməsi və texniki avadanlıqların alınması altında silərək mənimsəyib. Məlumatda qeyd olunur ki, eyni maxinasiya əməliyyatlarını Bərdə Subartezan Quyularının İstisamr İdarəsini rəisi Firudun Baxşəliyev də həyata keçirir. İddiaya əsasən idarə müdiri dövlət büdcəsindən ayrılan 150 min manat vəsaiti su nasoslarının təmiri, avadanlıqların və elektirik cihazlarının alınması adı altında sənədləşdirərək öz şəxsi biznesinə yönəldib. Məluamtlı şəxs onu da bildirir ki, idarə müdirlərinin yuxarıda qeyd etdiyimiz maxinasiyalarından icra başçısı Vidadi İsayev və Su Melorasiya Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə xəbərdardırlar. Buna baxmayaraq hər iki yüksək vəzifəli dövlət məmuru tabeçiliklərində olan şəxslərin korrupsiya fəaliyyətlərinə göz yumurlar. Çünki hər iki məmurun bu korrupsiya maxinasiyalarında «öz payları» var. Məlumata görə Bərdənin icra başçısı Vidadi İsayev rayonda fəaliyyət göstərən 4 su idarəsindən, Suvaram Sistemləri İdarəsi, Subartezan Quyularının İstismar İdarəsi, Meloservvis İdarəsi və Qarabağ Meşə Melorasiya İdarəsindən ümumilikdə hər ay 25 min manat “haqq” alır. Belə ki, icra başçsı idarə müdirlərinə həyat keçirdikləri maxinasiyalarla bağlı dəqiq məumatlı olduğunu onlara bildirərək bu işlərə göz yummağın müqabilində aylıq «hesabını» tələb edib. Eyni vəziyyət «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbəri ilə də baş verir. Məlumatlı şəxs bildirir ki, idarə müdirlərinin aylıq “haqqını” icra başçısına Qarabağ Meşə Melorasiya İdarəsinin müdiri Xanhüseyn Əhmədov çatdırır. Adı çəkilən idarə rəisinin həm Vidadi İsayevlə, həm də Əhməd Əhmədzadə ilə isti münasibatlərinin olduğu bildirilir. Bildirilir ki, Əhməd Əhmədzadənin də “hesabı” məhz Xanhüseyn Əhmədov tərəfindən digər idarə müdürlərindən yığılaraq «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəhbərinə çatdırılır.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…


0 0



Şərhlər (Facebook)