Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycan gözəli seçilən model Günel gecə klubunda işə başladı: “Məni söyməyin” (VİDEO)


“Azərbaycan gözəli-2016” müsabiqəsinin qalibi, model Günel Ağayeva Türkiyədə məşhur gecə klublarında fəaliyyət göstərməyə başlayıb.

BAKU.WS-in məlumatına görə, model bu barədə İnstagram səhifəsində yazıb.

O bildirib ki, Türkiyədə xanım DJ kimi fəaliyyət göstərən ilk azərbaycanlıdır.

“Xatırladım ki, Türkiyədə ilk azərbaycanlı xanım DJ-əm. Xəbərdarlıq edirəm, haqqımda axmaq fikirlər, murdar sözlər yazmayın. Onları özünüzə saxlayın. Mən sadəcə işimi görürəm”, deyə Günel Ağayeva qeyd edib.

Model türkiyəli həmkarları ilə ölkənin məşhur gecə klublarında gəncləri əyləndirəcək.


0 0



Şərhlər (Facebook)