Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sabah 20 dərəcə şaxta olacaq


Sabah 20 dərəcə şaxta olacaq-Bakıda axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə yağıntının olacağı gözlənilir. Sabah Bakıda dumanlı hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər yarımadanın bəzi yerlərində zəif duman, axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında fevralın 8-də gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran, Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir


0 0



Şərhlər (Facebook)