Azərbaycan İnformasiya Agentliyi (AİA)


Lənkəran Telefon qovşağında 30 milyonluq müəmma


Məhəmməd Məmmədovun tələbə yoldaşı olan Gülağa Şıxəliyevin fibro-optik və mis kabelləri satdırdığı iddia olunur
Lənkəran Telekommunikasiya Qovşağında ciddi korrupsiya halları var. Bu barədə JAM.AZ-a rayondakı mənbələr məlumat veriblər. Məlumatda deyilir ki, qovşağın rəisi Gülağa Şıxəliyev «Aztelekom» İmtehsalat Birliyinin sabiq baş direktoru, hazırda həbsdə olan Məhəmməd Məmmədovun tələbə yoldaşı olduğu üçün istədiyi şəkildə hərəkət edib. JAM.AZ-a daxil olan məlumatda deyilir ki, sözügedən şəxs bir müddət «Aztelekom»da təhcizat şöbəsinin müdiri işləyib. Hazırda isə Lənkəraknda fibro-opitik və mis kabellərin satışı ilə məşğuldur. Vurğulanır ki, Gülağa Şıxəliyev öz qonşusu və qohumlarının həyətində saxladığı mis və fibro-optik kabellərdən indiyə kimi, 2 milyon manata qədər gəlir əldə edib. «Gülağa Şıxaliyev Məhəmməd Məmmədovla əlbir olaraq il ərzində quruma daxil olmuş 30 milyon manata yaxın investisiya vəsaitlərini peşakarlıqla mənimsəyiblər. Bu pullar Lənkəran təyinatı üzrə xərclənməyib. Bir sözlə, bu pullar Gülağa Şıxaliyevin ev kassasına daxil olub. Müxtəlif tikintilər vasitəsi ilə mənimsənilən milyonlar Bakı şəhərində və Lənkəranda villa almağa yönəldilib. Bu vəsaitləri 60%-lə Məhəmməd Məmmədova, 40%-ni isə yerli şöbələr özlərinə götürüblər». Məlumatda daha sonra qeyd edilir ki, Gülağa Şıxəliyev rayonda olan mis naqillərin hamısını dəyişərək, Masallıda ünvanı məlum olmayan yerdə satdırır. «Bu alqı-satqıdan sonra dəmir qarışığı olan kabellər aliminumla əvəz edilir. Bu prosesə rəhbərlik edən şəxs Lənkəran TKQ-nin texniki şöbəsinin müdiri Ağamir Hüseynovdur. Bütün alış-verişi o edib, pulları yığaraq Şıxəliyevə çatdırır». Mənbə Gülağa Şıxəliyevin bir xeyli geniş imkanlara malik olduğunu da vurğulayır. «Gülağa Şıxaliyev Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin həyətində 20 sot yerdə kafe və Mobil-1 adlı avtoservis açıb. Onun təkcə Bakıda yox, İstanbulda,Antalyada, Rusiyada əmlakları var. Hər yerə Məhəmməd Məmmədovla gedən Gülağa, öz var dövlətini yaxşı qoruya bilir».Qarşı tərəfi də dinləməyə hazırıq.


0 0



Şərhlər (Facebook)