Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda jurnalistin avtomobili yandırıldı


Bakıda jurnalistin avtomobili yandırıldı

"Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin maşını yandırılıb. Xalqxeber.Az xəbər verir ki, bu barədə baş redakor "Turan"a açıqlamasında deyib


"Bu gecə partlayışa ayılmışam, görmüşəm ki, maşınım yanır” deyə Asif Mərzili bildirib.

O, özünün müəyyən qənaətləri olduğunu söyləyib: "Amma istintaq sirridir deyə açıb deyə bilmirəm. Bu il martın 14-də gecə evim yandırılanda olan dəst-xəttdir. Sadəcə, istintaq bir az uzandı deyə, arxayın düşüblər”.

A.Mərzili hüquq-mühafizə orqanlarına xəbər etdiyini söyləyib.

Xatırladaq ki, bu il martın 14-də naməlum şəxslər A.Mərzilinin Xətai rayon prokurorluğu yanında evini yandırmağa cəhd ediblər. Amma yanğını tez söndürmək mümkün olub. Bununla bağlı jurnalist hüquq-mühafizə orqanlarına şikayət edib, faktla bağlı cinayət işi başlanıb.

Bu gecə, iyulun 9-da isə jurnalistin "Hyundai Accord” markalı şəxsi avtomobili yandırılıb.



0 0



Şərhlər (Facebook)