Azərbaycan İnformasiya Agentliyi (AİA)


Həkim qızın burnunu bu hala qoydu, sonra da "Facebook"da bloka atdı — Bakıda


Həkim qızın burnunu bu hala qoydu, sonra da "Facebook"da bloka atdı — Bakıda
Həkim qızın burnunu bu hala qoydu, sonra da "Facebook"da bloka atdı — Bakıda
Bakıda daha bir nəfər həkim səhlənkarlığının qurbanı olub.
Bu barədə Femida.az-a şəxsin özü Səbinə Nağıyeva məlumat verib. Onun sözlərinə görə bir il öncə Bakıda yerləşən Avrasiya Hospitalında burun əməliyyatı keçirib.
Plastik cərrah Sənan Mehdiyevin uğursuz əməliyyatı nəticəsində onun burnunda əyilmə müşahidə olunub. Əvvəlkindən də pis vəziyyətə düşüb.
“2015-ci ildə burnumda olan çəpər əyriliyinə görə əməliyyat keçirdim. Avrasiya klinikasının həkimi Sənan Mehdiyev burnumu tanınmaz hala saldı. Gipsi açandan sonra gördüm ki, burnum əyilir. Həkimə bunu dedikdə, cavab verdi ki, gözləyim, düzələcək. Ancaq getdikcə burnum daha da əyildi. Sonra yanına getdim ki, burnum pis vəziyyətdədir. Mənə cavabında dedi: “Suyun süzülə-süzülə bura nəyə gəlmisən? Əlimdən gələn budur”. Bu görüşdən sonra mənimlə çox kobud davrandı. Avrasiya Hospitalının Baş həkimi ilə görüşdüm. O da həkimin tərəfini tutdu. Mən onlara 1800 manat pul ödəmişəm. Onu geri istəyirəm. Həkimə feysbukda mesaj yazdım. Ondan sonra məni bloka atdı. Buna görə də mən məhkəməyə müraciət etdim. Ayın 28-də Nəsimi Rayon Məhkəməsində baxış keçiriləcək”.
Saytın əməkdaşı Avrasiya Hospitalının həkimi Sənan Mehdiyevlə də əlaqə saxlayıb. Onun sözlərinə görə, belə bir hadisə yadına gəlmir.
“Düzü, belə bir hadisəni xatırlamıram. Əgər, həmin xanım narazıdırsa, bunu ekspertiza dəyərləndirməlidir. Mən başqa söz deyə bilmərəm. Məhkəməyə verilməyimi isə indi sizdən eşidirəm. Mənə heç bir bildiriş gəlməyib”.
Avrasiya Hospitalından verilən məlumata görə, narazı vətəndaş yenidən həkimə müraciət edə bilər.
Xatırladaq ki, 2015-ci ilin martın 18-də Maliyyə-İqtisad Kollecinin 3-cü kurs tələbəsi 18 yaşlı Leyla Mürsəlova cərrah Sənan Mehdiyevin burun əməliyyatı aparmasından sonra həyatını itirmişdi.


0 0



Şərhlər (Facebook)