Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda qadın 7 nəfərə qarşı dələduzluq edib


Bakıda qadın 7 nəfərə qarşı dələduzluq edib.

Azərbaycaninfo.az “Report”-a istinadən xəbər verir ki, həmin şəxslər hüquq-mühafizə orqanlarına şikayət edib.

Belə ki, Binəqədi rayonunda Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü S.Nəsirova işə düzəltmək adı ilə 1965-ci il təvəllüdlü Quliyev Ramizdən 4 min manat, 1983-cü il təvəllüdlü Səbuhi Məmmədovdan 1500 manat, 1989-cu il təvəllüdlü Alı Əmirovdan 1275 manat, 1986-cı il təvəllüdlü Ədalət Hüseynovdan 6456 manat, 1977-ci il təvəllüdlü Hüseyn Həsənlidən 1200 manat, 1985-ci il təvəllüdlü Bəxtiyar Axundovdan 800 manat, 1993-cü il təvəllüdlü Cəmil Nəbiyevdən 1200 manat pul alıb.

Hazırda qeyd olunan faktlarla bağlı araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)