Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda yol qəzasında yanaraq ölən şəxs "MTN işi"ndə zərərçəkən imiş



Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxsin kimliyi məlum olub.


Azərbaycaninfo.az APA-ya istinadən xəbər verir ki, həmin şəxs Quliyev Gülağa Məhərrəm oğludur. G.Quliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə zərərçəkmişlərdən biridir.

G.Quliyev digər zərərçəkmiş Namiq Orucovun sürücüsü olub və ötən iclasda ifadə verib.

G Quliyev dindirilərkən məhkəmə zamanı bildirib ki, 2015-ci ildə N.Orucovu İlham Qasımovun bacısı oğlunun toyuna aparıb. Orda dava düşdüyünü və saxlanıldığını deyən G.Quliyev daha sonra günahsız olduğu üçün buraxıldığını söyləyib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi aprelin 14-də Zığ-Aeroport yolunda baş verib. Bakı şəhər sakini Sadiq Edilov idarə etdiyi "KİA" markalı avtomobili qarşıda gedən paytaxt sakini Gülağa Quliyevin idarə etdiyi "VAZ-2104" markalı avtomobilə vurub və "VAZ" markalı avtomobildə yanğın baş verib. Nəticədə G.Quliyev və sərnişinləri, paytaxt sakinləri Narif Sadıxov və qardaşı Elçin hadisə yerində ölüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)