Azərbaycan İnformasiya Agentliyi (AİA)


Avtomobil 11 yaşlı uşağı vurub öldürdü



Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Azerbaycaninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun 463-cü kilometrliyində Ağstafa rayonunun Qıırlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Babaxan Kərimli idarə etdiyin "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2006-cı il təvəllüdlü Məsiyev Nihat Pərviz oğlunu vurub. Uşaq hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)