Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda toydan çıxan şəxs nəzarətçi tərəfindən döyülüb



Paytaxtın Xocalı prospektində yerləşən “Təbrik” şadlıq sarayının qarşısında dava baş verib.

Azerbaycaninfo.az Report-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əliyev Zamiq Saleh oğlu sözügedən şadlıq evindən çıxarkən avtomobil duracağında nəzarətçi ilə əlbəyaxa olub.

Onların arasında mübahisə avtomobilin düzgün park edilməməsi üstündə düşüb. Nəticədə Zamiq Əliyev döyülüb. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsində araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)