Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gəncə sakini bədbəxt hadisə nəticəsində ölüb



Gəncənin Cavadxan qəsəbəsində bir nəfər bədbəxt hadisə nəticəsində həyatını itirib.

Azerbaycaninfo.az-ın Report-a istinadən məlumatına görə, 54 yaşlı Quliyev Vaqif Həmzə oğlu ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Həkimlər tərəfindən müdaxilə olunan zaman onun öldüyü məlum olub.

Yaxınlarının dediyinə görə, kişi fərdi yaşayış evinin eyvanından yıxılaraq başından ağır xəsarət alıb.

Fakt bağlı araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)