Azərbaycan İnformasiya Agentliyi (AİA)


Arvadının başqası ilə sevişdiyini, oğlanlarının ondan olmadığını öyrəndi – Bakıda dəhşətli qətlin məhkəməsi



Qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Azerbaycaninfo.az-ın publika-ya istinadən verdiyi xəbərə görə, Nazim Ağayev arvadı Mehriban Ağayevanın başqa şəxslə görüşməsindən və gizli həyat tərzi keçirməsindən şübhələnib. Bununla bağlı ər-arvadın arasında əvvəllər dəfələrlə mübahisələri olub.

Sonuncu dəfə mübahisə edən Nazim Ağayev arvadını qəsdən öldürmək, sonra isə özünə xəsarət yetirərək intihar etmək qərarına gəlib. 17 iyul 2015-ci il tarixdə, saat 23:00 radələrində yaşadığı Binəqədi rayonu, Azadlıq prospekti, məhəllə 3023, ev 1 ünvanında övladlarının evdə olmamasından istifadə edərək öz niyyətini həyata keçirmək üçün mətbəxdən bıçaq götürüb. O, bıçaqla bir dəfə arvadını vuraraq öldürüb və sonra intihar məqsədilə özünə də xəsarət yetirib. Ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Məhkəmədə ifadə verən Nazim Ağayev bildirib ki, hadisədən bir gün əvvəl evdə 20-22 yaşlı oğlanlarına baxıb və oğlanlarının ona oxşamamasını deyib. Həyat yoldaşına oğlanlarını DNK analizinə aparacağını bildirib. Bundan sonra münaqişə böyüyüb və qətllə nəticələnib.
Nazim Ağayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Ağayev 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Nazim Ağayev apellyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə araşdırıb. Hakim heyəti apellyasiya şikayətinin dəlillərini araşdırıb və sonda qərar elan edib. Qərara görə, Nazim Ağayevin şikayəti təmin edilməyib.


0 0



Şərhlər (Facebook)