Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qoyunun yola çıxması ağır qəzaya səbəb olub – ÖLƏN VAR



Goranboyda qadın sürücünün idarə etdiyi avtomobilin aşması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Azerbaycaninfo.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.

Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb.

Qəza zamanı 1975-ci il təvəllüdlü Goranboyun Tapqaraqoyunlu sakini Hacıyeva Sahibə Cuma qızı dünyasını dəyişib.

Sürücü, 1961- ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı və sərnişinlər 1969- cu il təvəllüdlü Tapqaraqoyunlu sakini Qarayeva Günarə Ağaəli qızı və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)