Azərbaycan İnformasiya Agentliyi (AİA)


Maştağada gənc qız küçədə bıçaqlanıb



Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Azerbaycaninfo.az Report-a xəbər verir ki, axşam saatlarında Maştağa qəsəbəsində küçələrdən birində Pərvanə adlı 23 yaşlı qadın tanımadığı şəxs tərəfindən bir neçə bıçaq xəsarəti alıb.

O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)